» » "Terrorla mübarizədə həmişə Türkiyə xalqının yanındayıq”

"Terrorla mübarizədə həmişə Türkiyə xalqının yanındayıq” PA rəsmisi

Bölmə: Siyasət
"Terrorla mübarizədə həmişə Türkiyə xalqının yanındayıq”

“Biz terrorla mübarizədə həmişə Türkiyə xalqının yanındayıq”.

"Xalqİnfo" Publika.az-a istinadən xəbər verir ki, bunu İstanbulda törədilən terror aktına münasibət bildirən Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün "twitter" səhifəsində yazıb.

N. Məmmədov bildirib ki, bu hadisə bayram şənliyi zamanı insanlığa qarşı törədilmiş qanlı terror aktıdır.

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler