» » “Aprel döyüşləri bizim şanlı tariximizdir” - İlham Əliyev

“Aprel döyüşləri bizim şanlı tariximizdir” - İlham Əliyev

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Aprel döyüşləri bizim şanlı tariximizdir” - İlham Əliyev

Prezident İlham Əliyev Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqı təbrik edib.

Xalqİnfo” xəbər verir ki, prezident təbrikində 2017-ci ildə ölkə əhalisinə uğurlar, can sağlığı və xoşbəxtlik arzulayıb. 2016-ci ildə ölkədə baş verən hadisələrdən danışan prezident aprel döyüşlərini xüsusi qeyd edib. Bildirib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və bunun başqa bir yolu yoxdur.

Aprel döyüşlərini Azərbaycanın şanlı tarixlərindən biri adlandıran İ. Əliyev deyib ki, bu son 25 ildə torpaqların geri qaytarılması istiqamətində atılan ən önəmli addım idi. Həmin əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıl və Ağdərənin minlərlə hektar işğal altında olan ərziləri geri qaytarılıb: “Bizim şəhidlərimiz də oldu, Allah şəidlərimizə rəhmət eləsin!”.

Prezident enerji təhlükəsizliyi, idman, multikulturaliz sahəsində əldə edilən uğurlar haqda danışıb, bu uğurların növbəti ildə də davam edəcəyini bildirib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler