» » "Uşağımıza Şaxta baba ala bilmirik" - Rəhimov utanmadan 100 milyondan danışır

"Uşağımıza Şaxta baba ala bilmirik" - Rəhimov utanmadan 100 milyondan danışır

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
"Uşağımıza Şaxta baba ala bilmirik" - Rəhimov utanmadan 100 milyondan danışır

Gələn il Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına sərf olunacaq məbləğ partiya sədrini özündən çıxarıb.

Gənclər və İdman naziri Azad Rəhimov bu gün keçirtdiyi mətbuat konfransında 2017-ci ildə baş tutacaq İslam Həmrəyliyi Oyunlarına təqribən 100 milyon dollar vəsait xərclənəcəyini deyib: "Bu vəsaitdən 60 milyon dolları bu il, qalan hissəsi isə gələn il xərclənəcək. Böyük hissə açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub”. Rəhimovun sözügedən oyunların təşkili üçün nəzərdə tutulan vəsaitin həcmini açıqlaması cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.

Xalqİnfo.az xəbər verir ki, bu barədə Yeniçağ.az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev həmin 100 milyon dolların da "acgöz nazirlər tərəfindən yeyiləcəyini” deyib: "Bunlar necə insandırlar, mən anlaya bilmirəm. Xalq acından ölür, biz yeni il qabağı uşağımıza bir oyuncaq Şaxta baba ala bilmirik, Azad Rəhimov da durub utanmaz-utanmaz 100 milyon dollardan danışır. Belə olmaz. Vallah, bu nazirlər xalqı qıcıqlandırıb, inqilaba qaldırırlar. Ay nazir, get nə keçirirsən-keçir, ora xərclənəcək pulları niyə açıqlayıb əsəblərimizi oynadırsan? Guya xalqı elə oyunlar maraqlandırır? Məgər o pullar elə o oyunlara xərclənəcək? Onsuz da həmin pulları acgöz nazirlər yeyəcəklər, ortada bizim əsəblərimiz korlanır”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler