» » Astan Şahverdiyev "üzr istədi" - YENİLƏNİB

Astan Şahverdiyev "üzr istədi" - YENİLƏNİB

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Astan Şahverdiyev "üzr istədi" - YENİLƏNİB

"Bundan sonra bu barədə açıqlama vermək fikrim yoxdur. Mən nə hisslər keçirdiyimi, nə düşündüyümü ətraflı demişəm".


Xalqinfo.az bildirir ki Bu sözləri Lent.az-a açıqlamasında deputat Astan Şahverdiyev deyib. Deputat Rusiyada işləyən azərbaycanlılarla bağlı ifadələrinə görə üzr istəyib: "İfadələrimə görə təəssüf hiss keçirirəm, üzr istəyirəm".


**

10:22

Milli Məclisin deputatı Astan Şahverdiyev Rusiyada işləyən azərbaycanlılarla barədə işlətdiyi ifadələrlə bağlı açıqlama verib.

XalqInfo.az modern.az-a istinadən xəbər verir ki, deputat ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları inctməsindən təəssüfləndiyini bildirib. A.Şahverdyievin sözlərinə görə, o, kobud ifadə səsləndirmək fikrində olmayıb: “Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Mən əlbəttə, elə demək istəməmişəm. Cəbrayıllılarla baş verən insidentdən sonra mənə “Azadlıq radiosu”ndan zəng vurmuşdular. Orda yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Məqsədim insanları incitmək, təhqir etmək deyildi. Mən bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları var və onlarla şəxsən tanışam”.

A.Şahverdiyev özünü fikirlərini düzgün ifadə etməməkdə qınayıb: “Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. Buna görə nə cəza vermək istəyirlərsə, mən hazıram. İnsanları incitdiyimə görə təəssüf edirəm”.

Qeyd edək ki, deputat “Azadlıq” radiosuna müsahibəsində belə demişdi: “Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler