» » İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Bölmə: Siyasət
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir














Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xalqİnfo”nun məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu. Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Dünyada Sizi ən çətin məsələləri həll etməyə qadir olan təcrübəli və əsl peşəkar siyasi xadim kimi tanıyırlar. Siz hörmətli atanız Heydər Əlirza oğlunun siyasətini davam etdirərək ali dövləti vəzifədə fədakarcasına Vətənin və xalqın rifahına xidmət edirsiniz.

Bu gün Azərbaycan sosial-iqtisadi və mədəni sahələrdə dinamik inkişaf edir. Sevindirici haldır ki, Siz öz fəaliyyətinizdə respublikada millətlərarası və dinlərarası sülhün dəstəklənməsinə də böyük önəm verirsiniz.

Əminəm ki, dövlət hakimiyyəti ilə Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasının cəmiyyətdə vətəndaş həmrəyliyinin qorunub saxlanmasına və ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar edilməsinə yönələn səmərəli qarşılıqlı fəaliyyəti daha da möhkəmlənəcək.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, mənəvi rahatlıq, bütün xeyirxah işlərdə və təşəbbüslərdə uğurlar diləyirəm”.

***

Rusiya Notariuslar Assosiasiyasının sədri professor Natiq Ağamirovdan:

“Çox hörmətli cənab Prezident. İcazə verin, Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edim. Sizə möhkəm cansağlığı, şəxsi səadət və doğma Azərbaycanın rifahı naminə yeni-yeni nailiyyətlər arzulayıram.

Bu gün dünya birliyinin mürəkkəb siyasi və iqtisadi proseslərlə üzləşdiyi bir vaxtda Sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikası ölkənin iqtisadi və mədəni inkişafı, müstəqilliyinin və beynəlxalq nüfuzunun güclənməsi əsasları üzərində möhkəm dayanan sabitlik adasıdır.

Ölkədə aparılan islahatlar tarixi Vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlıların ürəyində nikbinlik və qürur hissləri doğurur. Buna görə də biz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qürur hissi ilə qeyd edirik. Həmvətənlərimiz bu əlamətdar gündə Sizin Azərbaycan Respublikasının tərəqqisinə və inkişafına yönəlmiş fəaliyyətinizi hərtərəfli dəstəklədiklərini böyük ruh yüksəkliyi ilə bəyan edirlər.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizi bir daha doğum gününüz münasibətilə təbrik edim və çox şərəfli fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər diləyim.

Qoy, qarşıdan gələn Yeni 2017-ci il Sizə və bütün Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik bəxş etsin”.

***

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovdan:

“Zati-aliləri cənab Prezident. 24 dekabr - doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə səmimi arzu və diləklərimi çatdırıram.

Uğurlu siyasətiniz nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və dünyada öz sözünü deyən bir dövlət kimi qəbul olunur.

Türk Şurasına Sizin daimi dəstəyinizi məmnuniyyətlə qeyd edir və Türk dünyasının birliyi, bərabərliyi və möhkəmləndirilməsinə verdiyiniz böyük töhfənin danılmaz olduğunu bildirirəm.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edir və şərəfli işinizdə uğurlar diləyirəm”.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan:

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və coşqun fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının inkişafı, dünya birliyində özünəlayiq yer tutması, ərazi bütövlüyümüzün bərpa olunması naminə Sizin düşünülmüş fəaliyyətiniz nəticəsində əldə edilmiş uğurlar, şəxsən müasir dövrün görkəmli dövlət xadimi kimi beynəlxalq nüfuzunuz bizim yenicə yaranmış Fondumuza da bütün türk dünyasında xüsusi hörmət qazandırır, bizi diqqət mərkəzinə çəkir.

Türkdilli dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş səmərəli siyasətinizə görə Sizə təşəkkür edir və bir daha ürəkdən təbrik edirik”.

***

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan:

“Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından səmimi qəlbdən təbrik edirəm. Respublikada qayğıya ehtiyacı olan uşaqların dəstəklənməsi istiqamətində səylərinizi yüksək qiymətləndiririk. Ümidvarıq ki, bundan sonra da uşaqların müdafiəsi sahəsində səmərəli əməkdaşlıq edəcəyik.

Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycanın və onun uşaqlarının rifahı naminə nailiyyətlər arzu edirəm”.

***

Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatoru İqor Orlovdan:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbrikləri qəbul edin. Sizə ürəkdən tükənməz enerji, möhkəm cansağlığı, firavanlıq və hər bir məsuliyyətli məsələnin həllində müvəffəqiyyət arzu edirəm”.

***

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri, Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Gennadi Züqanovdan:

“Hörmətli İlham Heydər oğlu.

Anadan olmağınızın 55 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizi görkəmli dövlət xadimi, atasının işinin layiqli davamçısı, xalqlarımız arasında qədim dostluq ənənələrinə söykənən Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinin ardıcıl tərəfdarı kimi tanıyıram. Sizin rəhbərliyiniz ilə iqtisadi və ictimai-siyasi həyatın bütün sahələrində aparılan irimiqyaslı dəyişikliklər Azərbaycanın dinamik inkişafını, xalqın rifahının yüksəlməsini, ölkənin dövlət müstəqilliyinin və onun nüfuzunun beynəlxalq arenada möhkəmlənməsini təmin edir. Bizim görüşlərimizi məmnuniyyətlə xatırlayıram.

Zati-alinizə Vətənin rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, müvəffəqiyyət və nikbinlik arzu edirəm”.

***

“Bank VTB” Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostindən:

“Hörmətli İlham Heydər oğlu. İcazə verin, Sizi 55 illik yubileyiniz münasibətilə “Bank VTB” Publik Səhmdar Cəmiyyətinin idarə heyəti adından və şəxsən öz adımdan təbrik edim.

Şübhəsiz ki, Siz peşəkar siyasi xadim, öz ölkəsini sevən, güclü və nüfuzlu lider keyfiyyətlərinə malik, bütün gücünü Vətəninə xidmət işinə həsr etmiş insansınız. Qəti əminəm ki, Sizin geniş dünyagörüşünüz, əzmkarlığınız və zəhmətsevərliyiniz, zəngin həyat təcrübəniz və daim öz bacarıqlarınızı inkişaf etdirməyə çalışmağınız Azərbaycanın gələcək tərəqqisinin möhkəm təməlini yaradır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, uzun illər respublikanın rifahı naminə səmərəli fəaliyyət göstərməyinizi arzu edirəm. Qoy, həmişə işlərinizi müvəffəqiyyət müşayiət etsin, doğmalarınız və yaxınlarınız etibarlı dayağınız və dəstəyiniz olsun”.

***

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutskidən:

“Hörmətli cənab Prezident. Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Anadangəlmə nəcib keyfiyyətləriniz, qeyri-adi istedadınız, qarşıya qoyduğunuz məqsədlərə ardıcıl və dönmədən nail olmaq bacarığınız, peşəkarlığınız və əzminiz sayəsində Sizi Azərbaycanın hüdudlarından uzaqlarda da tanıyır və ehtiram bəsləyirlər. Dünyada Azərbaycanın qüsursuz obrazının və nüfuzunun təmin edilməsi üçün şəraitin yaradılmasına Sizin şəxsi töhfəniz və ailənizin töhfəsi ölçüyəgəlməzdir. Bu da böyük atanızın müdrik siyasətinin Sizin tərəfinizdən davam etdirildiyini göstərir və təsdiq edir. Vətəndaşlarınızın xoş güzəranının təmin edilməsi məsələlərinə daim diqqətlə yanaşmağınızı yüksək qiymətləndirirəm. Bunun sayəsində Siz ölkənin iqtisadi inkişafında, dövlətçiliyin təşəkkülündə sanballı nəticələrə nail olmusunuz. Cəmiyyətdə sabitliyin və həmrəyliyin əldə edilməsi, Azərbaycanda ardıcıl və keyfiyyətli dəyişikliklər ölkələrimizin xalqlarının möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin yüksək dinamikasına da müsbət təsir göstərir. Aramızda yaranan şəxsi mehriban münasibətləri yüksək qiymətləndirir və bunun davam edəcəyinə ümid bəsləyirəm.

Ən xoş arzularla Sizə və Sizin mehriban ailənizə möhkəm cansağlığı, səadət, firavanlıq, müvəffəqiyyət və qardaş Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm”.

***
Qazaxıstan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Oljas Süleymenovdan:

“Əziz İlham Heydər oğlu. Sizi 55 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Bizdə müvəffəqiyyətin rəmzi olan 5 rəqəminə uşaqlıqdan xüsusi münasibət formalaşıb. Qoy, Sizin əzmkar əməyiniz sayəsində qlobal böhranın çətinliklərini dəf edərək əsas regional problemin çoxdan gözlənilən həllini yaxınlaşdıran Azərbaycanın nailiyyətləri bundan sonrakı illərdə beş ilə qiymətləndirilsin.

Sizə, nəcib Mehriban xanıma, uşaqlara, körpələrə sağlamlıq və firavanlıq arzu edirəm”.

***

Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyevdən:

"Hörmətli cənab Prezident. Rusiya Federasiyasında yaşayan və Ümumrusiya Azərbaycanlılar Konqresində birləşən azərbaycanlılar Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirlər.

Müstəqil Azərbaycanın mövcud olduğu iyirmi beş il ərzində xalqımızın yaradıcı gücü və mənəvi potensialı o qədər parlaq təzahür edib ki, dövlətimizin sürətli yüksəlişi bütün dünya birliyində böyük maraq doğurub. Bu gün Azərbaycan Respublikası beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısıdır və inamla gələcəyə baxır. Bu işdə Sizin xidmətiniz ölçüyəgəlməzdir və hər birimizin qəlbində qürur hissi oyadan bu səmərəli fəaliyyətinizə görə Sizə minnətdarıq.

Ümumrusiya Azərbaycanlılar Konqresi Sizin Rusiyada Azərbaycan diasporunun məsələlərinə, hər bir həmvətənə, yeni tarixi şəraitdə icmamızı birləşdirən bir təşkilat kimi Konqresin fəaliyyətinə daim maraq və diqqət göstərdiyinizi bilir. Bu diqqət bizim hamımıza güc və əminlik hissi bəxş etməklə bərabər, Rusiya cəmiyyətində Azərbaycan diasporunun birləşməsində üzərimizə Sizin bizə bəslədiyiniz etimadın və ümidlərin fövqündə olmaq öhdəliyini qoyur.

Cənab Prezident, Sizi əmin etmək istəyirik ki, Azərbaycan diasporu Vətənimizin şöhrətinin artırılması, xalqımızın mənəvi və mədəni dəyərlərinin təbliği işində səylərini daha da artıracaq. Ümumrusiya Azərbaycanlılar Konqresi milli ənənələrin, ana dilinin qorunub saxlanılması, Azərbaycan Respublikasının müsbət imicinin möhkəmlənməsi sahəsində bundan sonra da fəal və ardıcıl iş aparacaq.

Sizə cansağlığı, sülh və ölkəmizin ərazi bütövlüyünün bərpası naminə böyük siyasi qələbələr diləyir, doğma Azərbaycanın daha da qüdrətlənməsini və inkişaf etməsini arzulayırıq".

***

Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisindən:

"Hörmətli cənab Prezident. Əziz İlham Heydər oğlu. Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Başa çatmaqda olan il çox da asan keçmədi. Lakin Sizin rəhbərlik etdiyiniz Azərbaycan bir çox sahələrdə, o cümlədən idmanda ardıcıl surətdə irəliləməyə davam etdi.

Qarşıdan gələn 2017-ci ildə ölkənizdə bir çox müxtəlif beynəlxalq tədbirlər keçiriləcək. Biz Bakı şəhərində atıcılıq idmanı üzrə Avropa çempionatının və Avropa Atıcılıq Konfederasiyasının Baş Assambleyasının keçirilməsinə hazırlaşırıq. Yarışlarımıza gəlmək imkanınız olsa, biz buna çox şad olarıq.

İcazənizlə, nəzərdə tutulan bütün işləri həyata keçirmək üçün Sizə güclü və enerjili olmağı arzu edim. Sizə, böyük və mehriban ailənizin bütün üzvlərinə cansağlığı və səadət arzulayıram".


***

Rusiya Səhiyyə Nazirliyinin N.N.Bloxin adına Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin baş direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Davıdovdan:

"Möhtərəm İlham Heydər oğlu. Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, məqsədlərinizə çatmağınızı arzu edirəm.

Sizə və yaxınlarınıza uzun ömür və firavanlıq, Azərbaycan Respublikasına və bütün Azərbaycan xalqına isə Sizin rəhbərliyiniz altında inkişaf diləyirəm. Qoy evinizdə həmişə rahatlıq və mehribanlıq hökm sürsün! Sevən ailəniz və etibarlı dostlarınız yanınızdan əskik olmasın!"


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler