» » Ərdoğan Putinlə səfirin qətlini müzakirə etdi

Ərdoğan Putinlə səfirin qətlini müzakirə etdi

Bölmə: Siyasət
Ərdoğan Putinlə səfirin qətlini müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Xalqİnfo” xəbər verir ki, Kremlin rəsmi saytında yerləşdiirlən məlumata görə, Türkiyə lideri telefon danışığı zamanı Putini səfir Andrey Karlovun qətli ilə bağlı aparılan istintaqla bağlı məlumatlandırıb.

“Bu məsələnin araşdırılması ilə bağlı Rusiya və Türkiyə hüquq-mühafizə və xüsusi xidmət orqanları sıx koordinasiya şəraitində fəaliyyət göstərirlər”, - məlumatda bildirilib.

Hər iki ölkənin liderləri Hələbdə hərbi əməliyyatların bitməsindən razılıqlarını ifadə ediblər.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində qətlə yetirilib. Qatil 22 yaşlı türkiyəli polis Mevlüt Mert Altıntaş olub. Hücumdan sonra o, polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.

Rusiya hökuməti baş vermiş hadisəni terror aktı kimi dəyərləndirib.

Rusiya İstintaq Komitəsi qətllə bağlı cinayət işi qaldırıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler