» » Parklanma yerlərində avtomobillərin parklanma müddətinə məhdudiyyət qoyulub

Parklanma yerlərində avtomobillərin parklanma müddətinə məhdudiyyət qoyulub

Bölmə: Siyasət
Parklanma yerlərində avtomobillərin parklanma müddətinə məhdudiyyət qoyulub

Azərbaycanda avtomobillərin parklanması ilə bağlı yeni qayda tətbiq ediləcək.

"Xalqİnfo"nun xəbərinə görə, bu müddət 24 saatdan artıq ola bilməz.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" qanununa dəyişiklik edilməsi təklif edilib.

Dəyişiklik layihəsinə əsasən, nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Sürücü nəqliyyat vasitəsinin aparıldığı duracaq barədə məlumatı parkomat vasitəsi ilə də əldə edə bilər.

Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə edilir.

Layihə çıxarılaraq qəbul edilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler