» » Netanyahunun 20 il sonra ilk səfərinə -

Netanyahunun 20 il sonra ilk səfərinə - Bakıdan şərh

Bölmə: Siyasət
Netanyahunun 20 il sonra ilk səfərinə -

Xəbər verdiyimiz kimi, bu gün İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb. “Xalqİnfo” xəbər verir ki, baş nazir bu gün prezident İlham Əliyevlə təkbətək görüş keçirib. Görüşdə ölkələrimiz arasındakı əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Millət vəkili Fəzail Ağamalı və politoloq Mübariz Əhmədoğlu İsrail baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti barədə “Qafqazinfo”ya danışıb.

Millət vəkili F. Ağamalı bildirib ki, Netanyahunun Bakıya səfəri ciddi əhəmiyyət kəsb edir: “Bu səfər simvolik və işgüzar xarakter daşıyır. İsraillə Azərbaycan arasında mövcud münasibətlərin daha yüksək səviyyədə qorunmasına və inkişafına xidmət edəcək. Bizim İsraillə yüz illərdən bəri formalaşan münasibətlərimiz mövcuddur. İsrail Azərbaycanın əsas silah təchizatçılarından biridir. Yəhudi lobbisi də Azərbaycanın hər zaman yanında olub.

Netanyahunun 20 il sonra ilk səfərinə -














İndi yeni dövr başlayır. Azərbaycanla İsrail arasında münasibətlərin üçüncü bir ölkəyə qarşı hər hansı bir mənfi təsirini düşünmək belə səhv olardı. Azərbaycan dünyada müstəqil siyasət aparan, ikitərəfli münasibətlərə üstünlük verən bir dövlətdir. Bizim indiyə qədər ölkə prezidenti tərəfindən aparılmış olan xarici siyasətimiz heç zaman üçüncü dövlətə qarşı yönəlməyib. İranda bəzi ekspertlərin xüsusi olaraq bundan narahatlıq keçirərək Azərbaycana qarşı əsassız hücumlar etməsi başadüşülən deyil. Azərbaycan İsraillə yüksək münasibətlərə malikdir. Eyni zamanda, qonşu İranla da dostluq münasibətlərimiz mövcuddur. Bir dövlətin maraqlarını başqa dövlətin maraqlarına qurban vermədən münasibətlərimizi qururuq. İranda müəyyən dairələrin bu cür narahatlıq keçirməsinin heç bir əsası yoxdur. İran da özü istədiyi dövlətlə münasibət qurur. Buna kimsə qarışa bilməz. Hesab edirəm ki, bu səfərlə İsraildə səfirliyimizin açılması məsələsi sürətlənməlidir. Çünki İsrail dünyanın güclü təsirə malik olan ölkələrindən biridir”.

Politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, İsraillə Azərbaycan arasında münasibətlərin güclənməsi üçün zaman-zaman cəhdlər olub: “Biz də münasibətlərin daha da yaxşılaşmasına hər zaman müsbət reaksiya vermişik. Texnoloji, hərbi silahlanma baxımından Azərbaycanla İsrail arasında olan əlaqələri daha yüksək qiymətləndirirəm. Ermənilərin fikrincə, aprel döyüşlərində Azərbaycanı qalib çıxardan İsrail silahlarıdır. Ermənilər belə düşünür. İndi də regionda yeni silahlanma dövrü başlayıb. Təbiidir ki, Azərbaycan olaraq İsraillə hərbi əlaqələri daha da genişləndirməli, daha müasir texnologiyalara yiyələnməliyik. Ancaq elə müasir texnologiyaya malik olan dövlət onu ancaq inandığı bir ölkəyə sata bilir. Hökmən Azərbaycanla İsrail arasındakı münasibətlərdə elə bir yüksəliş olmalıdır ki, İsrail həmin texnologiyaları bizə verə bilsin. Netanyahunun bu səfərində də əsas məqsəd Azərbaycanla İsrail arasındakı əlaqələrini daha da inkişaf etdirməyə xidmət edəcək”.

Netanyahunun 20 il sonra ilk səfərinə -














Bu arada onu qeyd edək ki, Azərbaycan təkcə yəhudi ölkəsi olan İsraillə əməkdaşlıq etmir. Xarici siyasətdə müsəlman ölkələri ilə də əməkdaşlığımızın yüksək səviyyədədir. Belə ki, Azərbaycan dəfələrlə İsraillə münaqişə şəraitində olan Fələstinə humanitar yardımlar göndərib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler