» » Məşhur amerikalı analitik:

Məşhur amerikalı analitik: "Aprel döyüşləri erməniləri şoka saldı"

Bölmə: Siyasət, Dünya, DÜNƏNDƏN-BUGÜNƏ
Məşhur amerikalı analitik:

Ermənistanda hazırki rejim iqtisadi və demoqrafik böhran, Rusiyadan asılılıq, Türkiyə və Azərbaycanla münasibətlərdə qaranlıq gələcəklə bağlıdır.

Xalqİnfo.az “panorama.am”-a istinadən xəbər verir ki, bu barədə Vaşinqtondakı Karneqi İnstitutunun analitiki Pol Stronski "Ermənistanın 25 ili: ağır yol" başlıqlı məqaləsində yazıb.

Müəllim daxili və xarici çağırışlardan söz açaraq qeyd edib: “Həm Azərbaycan, həm də Türkiyə dünyada getdikcə daha da nüfuz qazanır, bu ölkələrdə millətçilik hissi güclənir. Bu, Bakı və Ankaranı özü üçün təhlükə hesab edən Ermənistan üçün böyük problemdir”.

Qarabağ münaqişəsi haqqında yazan Stronski "Dördgünlük aprel müharibəsi"nin erməniləri şoka saldığını və onlarda Qarabağ və ətraf əraziləri daimi nəzarətdə saxlayacaqlarına dair şübhə yaratdığını bildirib.

Müəllif vurğulayıb ki, bu hadisələrdən sonra Ermənistanda qarışıqlıq baş verib. "Sasna tsrer" təşkilatı prezident Sarkisyanın istefasını tələb edib.

Bu arada Pol Stronski vurğulayıb ki, 2017-ci ildə keçiriləcək parlament seçkiləri və onun nəticələri Ermənistanın gələcəyi üçün həlledici rol oynayır:Ermənistanda siyasi sistem bir tərəfdən çətin geosiyasi mühitdə, digər tərəfdən isə son illər yaşanan ictimai iğtişaşlara görə zəifləyib. İyulda baş verən hadisələrə Ermənistan prezidenti Serj Sarkisyanın hökumət dəyişikliyi ilə cavab verdi. 2017-ci ildə parlament seçkiləri ərəfəsində hökumətə yeni və təzə güclər gətirildi. Nazir postlarının bəzilərinə Avropa və ABŞ-da təhsil alan şəxslər təyin olundular. Digər tərəfdən baş nazir Karen Karapetyan kimi Moskvaya bağlı məmurlara vəzifə verildi. Bütün bunlar onu göstərir ki, Ermənistan prezidenti Serj Sarkisyan balanlaşdırılmış xarici siyasət aparman niyyətindədir”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler