» » Azərbaycan Vaşinqtonda keçirilən mədəniyyət sərgisində iştirak edib

Azərbaycan Vaşinqtonda keçirilən mədəniyyət sərgisində iştirak edib

Bölmə: Siyasət, Mədəniyyət, GÜNDƏM
Azərbaycan Vaşinqtonda keçirilən mədəniyyət sərgisində iştirak edib

Dekabrın 7-də Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqton şəhərinin ən böyük inzibati tikilisi olan Ronald Reqan Binasında ölkəmizin zəngin mədəniyyət nümunələrini Vaşinqtondakı diplomatik korpus nümayəndələri, media təmsilçiləri və geniş ictimaiyyətə təqdim edib.

Xalqİnfo.az xəbər verir ki , Səfirlikdən APA-ya verilən məlumata görə, təqdimat Beynəlxalq Ticarət Mərkəzi və Ronald Reqan Binası tərəfindən təşkil edilən “İllik Qış Beynəlxalq Səfirlik Sərgisi” çərçivəsində həyata keçirilib. Tədbirin məqsədi Vaşinqtonda akkreditə olunmuş xarici ölkə səfirliklərinə öz milli mədəniyyəti, mətbəxi, görməli yerlərini təbliğ etmək üçün imkan yaratmaqdır.

Tədbir çərçivəsində səfirlik tərəfindən ölkəmizin mədəniyyətini əks etdirən kiçik ölçülü xalça nümunələri, milli geyimlər, müxtəlif eksponat və suvenirlər nümayiş etdirilib, habelə qədim tarixi abidələri, müasir infrastrukturu və turizm potensialını özündə əks etdirən şəkillərdən istifadə olunub. Həmçinin, ziyarətçilər Azərbaycanın zəngin mətbəxindən müxtəlif yeməklər, şirniyyatlar və içkilər ilə qonaq edilib. Səfirlik əməkdaşları ölkəmiz, onun iqtisadi, mədəni, turizm sahələri barədə ziyarətçilərə geniş məlumat verib və Azərbaycan haqqında müxtəlif kitab, jurnal və bukletlər paylayıb.

Qeyd edək ki, Azərbaycan sərgidə ən iri stendlərdən biri ilə təmsil olunub və ölkənin mədəniyyəti və mətbəxi olduqca böyük ziyarətçi marağına səbəb olmuşdur. Hər ilin dekabr ayında keçirilən və geniş ictimaiyyətə açıq olan bu sərgi Vaşinqtonun mədəni həyatında ən böyük və maraqlı tədbirlərdən hesab edilir. Bu ilki tədbirdə 37 dövlət təmsil olunub və oranı orta hesabla üç min nəfərədək qonaq ziyarət edib


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Azərbaycan Vaşinqtonda keçirilən mədəniyyət sərgisində iştirak edib
Azərbaycan Vaşinqtonda keçirilən mədəniyyət sərgisində iştirak edib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler