» » İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar

İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar

Nərimanov rayon İcra Hakimiyyəti rayon ərazisində köhnə binaların yenilənməsi ilə bağlı proseslərdə korrupsiyaya yol verilməsi haqda iddialara cavab verib.

Xalqinfo” xəbər verir ki, azadliq.info-nun yaydığı xəbərdə bildirilirdi ki, Nərimanov rayonunda da bu işlərin aparılması Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə “Rahatlığın Məkanı-Gold” şirkətinə həvalə edilib. Xəbərdə qeyd edilir ki, şirkət elə yarandığı gün, ilk A-001 nömrəli məktubla İcra hakimiyyətinə müraciət edərək Nərimanov rayon ərazisində 3028 mənzildən ibarət 219 binanın sökülməsi və yerində yeni binaların tikilməsi üçün müraciət edib. Xəbər Hacıbəyli Hüquq Mərkəzi təsisçisi və rəhbəri Yalçın Hacıbəyliyə istinadən verilib.

Məsələ ilə bağlı “Qafqazinfo”nun Nərimanov rayonun İcra Hakimiyyətinə etdiyi sorğuya rayon icra başçısının birinci müavini Şahmar İbadov cavab verib. O, bildirib ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən yerli və xarici investorların tikinti sektoruna investisiya qoymaları, yeni iş yerlərinin yaradılması üçün Bakı şəhərinin 12 rayonunda PİLOT layihə yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsi üçün Nazirlər Kabinetinin 25.02 2016-cı il tarixli, 86 saylı Qərarı verilib. Qərarın icrasına əsasən Nərimanov rayonunda İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin əmrinə əsasən komissiya yaradılıb: “Komissiyanın işi Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda qəzalı və köhnə, istismar müddəti bitmiş, şəhərimizin ümumi görünüşünə xələl gətirən 1, 2 və 3 mərtəbəli yaşayış binaları sökülərək yerində müasir, milli memarlıq üslubunda, hündür mərtəbəli binaların tikintisi planlaşdırılıb.

İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar





Bu layihələrin həyata keçirilməsi üçün yerli və xarici investorlar müəyyənləşdirilib və Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşlər keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində həyata keçirəcəkləri bütün layihələrə köməklik göstəriləcəyi bildirilib. Bu günə kimi 16 şirkət yeni layihə ilə İcra Hakimiyyətinə müraciət edib onlardan 11 şirkətin tikintiyə başlaması üçün müvafiq qurumlar tərəfindən razılaşdırılıb. 5 şirkətin layihələrinə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmaqdadır”.

Ş. İbadov deyib ki, yayılan informasıyada irəli sürülən iddiaların əsası yoxdur: “Yalçın Hacıbəylinin yazdığı məqalə tamamilə yalnışdır, heç bir həqiqəti əks etdirmir. Belə ki, onun qeyd etdiyi "Rahatlığın Məkanı-Gold" MMC-yə rayon ərazisində cəmi bir ünvanda pilot layihəni həyata keçirməsi üçün yer ayrılıb və Sərəncam verilib, bu da göndərdiyimiz şəkilərdə öz əksini tapır. Həmin şirkətin sahibi əslən azərbaycanlıdır, xarici ölkə vətəndaşıdır, xarici investordur. O, Qazaxıstan və Türkiyə respublikalarında eləcə də Bakı şəhərində bir neçə gözəl müasir, hündür mərtəbəli yaşayış binaları tikərək sakinlərin istifadəsinə verib. Onun yeni yaranmış şirkəti haqqında isə deyə bilərəm ki, bu Rayon İcra Hakimiyyətinin tələbidir ki, bu da onun əvvəl Bakı şəhərində inşa etdikləri yaşayış binaları ilə Pilot layihənin fərqlənməsi üçündür”.

Ş. İbadov qeyd edib ki, bu tipli materiallar hazırlayarkən həqiqətən ortada qərəz yoxdursa, o zaman ən azından Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə

saxlayıb məlumatı dəqiqləşdirmək mümkündür.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar
İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar
İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar
İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar
İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar
İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar
İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar
İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar
İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar
İcra Hakimiyyəti ittihamlara cavab verdi - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler