» » Səbaildə Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi

Səbaildə Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi

Bölmə: Siyasət
Səbaildə Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi

Səbail rayonunda Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Xalqİnfo.az xəbər verir ki, rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, tədbir rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında keçirilib.

Tədbirdə H. Əliyev haqda film nümayiş olunub.

Tədbirdə tanınmış incəsənət xadimləri xalq artisti Murad Hüseynov, əməkdar artistlər Aygün Bəylər və Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatları Fəridə Məmmədova, Nigar Cəlilova, skripkaçı Rövşən Əmrahov çıxış edib, İlham Nəzərovun ifasında Müslüm Maqomayevin «Azərbaycan» mahnısı ilə bitib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Səbaildə Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi
Səbaildə Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi
Səbaildə Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler