» » Ermənistana güc verən, Azərbaycana isə qarmaq atan rəsmi Moskvanın planı -

Ermənistana güc verən, Azərbaycana isə qarmaq atan rəsmi Moskvanın planı - Politoloqdan şərh

Bölmə: Siyasət
Ermənistana güc verən, Azərbaycana isə qarmaq atan rəsmi Moskvanın planı -

Xəbər verildiyi kimi, dünən Moskvada Müstəqil Dövlət Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

Xalqİnfo.az Mia.az-a istinadən xəbər verir ki, bununla bağlı politoloq Elxan Şahinoğlu açıqlama verib.

Onun sözlərinə görə, bu iclas bəlkə də xüsusi diqqət çəkməzdi. Ancaq ən azı 3 məqam diqqəti bu toplantıya yönəldib:

"Birinci məqam. Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla görüşdə dedi ki, Azərbaycan bu gün Xəzər regionunda təhlükəsizlik forpostudur.

Seygey Şoyqunun bu cümləsi Moskvanın Xəzərdə gələcək planları ilə bağlıdır. Rusiya 2017-ci ildə iki ölkənin hərbi dəniz donanma komandanlığının Xəzərdə təhlükəsizlik məsələlərinin nizamlanması ilə bağlı ortaq strukturun yaradılmasına çalışır. Rəsmi Bakının bu təklifə hələ ki, konkret cavabı yoxdur. Çünki, işğalçı Ermənistanın hərbi müttəfiqi avtomatik olaraq Azərbaycanın hərbi müttəfiqi ola bilməz. Rusiyadan silah və sursat almaq başqa, bu dövlətlə birgə hərbi sturktur yaratmaq başqa.

Doğrudur, iki nazirin görüşünün sonunda iki ölkənin Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalandı.

Əməkdaşlıq planına qərargah danışıqları və təhsil aiddir. Ancaq Rusiya Müdafiə Nazirliyi əməkdaşlığa dair əlavə müddəlar təklif etməyi planlaşdırır. Aydındır ki, bu təkliflər elə Xəzərdə birgə əməkdaşlığın genişlənməsini ehtiva edir.

Görünür, bu yolla Moskva iki məqsədinə çatmaq istəyir. Birinci məqsəd ABŞ-ın Xəzər akvatoriyasında mümkün fəallığının qarşısını almaq, ikinci məqsəd isə Azərbaycanı hərbi əməkdaşlığa cəlb etməklə Vaşinqtonun çox çalışdığı Transxəzər (Xəzərin dibi ilə qaz boru xəttinin tikintisi) layihəsinin reallaşmasını əngəlləməkdir.

İkinci və vacib məqam isə Sergey Şoyqunun Azərbaycanla hərbi əməkdaşlıq haqqında xoş sözlər söyləməsinə rəğmən, Moskvada əsas sənədi Ermənistanın müdafiə naziri Viqen Sərkisyanla imzalamasıdır.

Söhbət iki ölkə arasında birləşmiş qoşun qruplaşmasının yaradılmasından gedir. Şoyqu Azərbaycanın ünvanına dediklərinin eynisi Ermənistanın ünvanına dedi: "Rusiya Ermənistanla hərbi təhsil sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. Rusiya-Ermənistan münasibətləri müxtəlif razılaşmalar və müqavilə-hüquq bazası əsasında yaxşı qurulub.Ən əsası isə Rusiya ilə Ermənistan arasında tarixi dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğudur”. Qeyd edək ki, birləşmiş qoşun qruplaşmasına Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin birləşmələri daxil olacaq.

Üçüncü məqam. Müstəqil Dövlət Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının iclası ilə eyni gündə Kremlin nəzarətindəki "Nezavisimaya qazeta”da maraqlı məqalə yayınlandı. Həmin məqalədə yazılırdı ki, Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada "sülhün təmin olunması” üçün başladılacaq sülhməramlı missiyanın tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilərlər. Mümkündür ki, bu mövzu Sergey Şoyqu ilə Zakir Həsənov arasında da müzakirə olunub".

Politoloqun sözlərinə görə, indiki şərtlər altında Suriyaya hərbi birlik göndərilməsi Azərbaycanın maraqlarına cavab vermir:


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler