» » "Bu qərar təkcə sosial mühitin gərginləşməsinə yox, həm də..." -

"Bu qərar təkcə sosial mühitin gərginləşməsinə yox, həm də..." - Qulamhüseyn Əlibəylidən tələb

Bölmə: Siyasət
"Bu qərar təkcə sosial mühitin gərginləşməsinə yox, həm də..." -Aydınlar Partiyası Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinin bahalaşdırılmasını yolverilməz sayır və bunun əhalinin kütləvi yoxsullaşmaya və işsizliyə səbəb olacağını bildirir.

Xalqİnfo.az xəbər verir ki, bu barədə istiqlal.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli məlumat verib.

Q.Əlibəylinin sözlərinə görə, bahalaşmanın iqtisadi və sosial əsasları yoxdur:

"Hökumət əhaliyə kommunal xidmət göstərən dövlət müəssisələrində ("Azərsu", SOCAR, "Azərenerji", "Azərişıq") tarifləri qaldırmaqdansa bu müəssislərdə maliyyə şəffaflaşmasına nail olmalı, total korrupsiya mühiti aradan qaldırılmalıdır. Necə ola bilər ki, əhaliyə satılan elektrik enerjisi 6, təbii qaz isə 33 dəfə bahalaşıb. Ancaq heç bir effektiv nəticə ortada yoxdur? Bunun yeganə səbəbi total korrupsiya mühitidir".

Partiya sədri əhalinin az təminatlı hissəsi üçün ayrılan limitlərin də çox az olduğunu deyir: "Kasıb ailələr var ki, qışda qidadan çox qaza-işığa pul xərcləyirlər. Ölkə üzrə mərkəzləşdirilmiş istilik sistemi olmadığından ailələr fərdi qaydada istilik problemini həll edirlər. Hökumət bu məsələyə yenidən baxmalı və Tarif Şurasının qərarını ləğv etməlidirlər. Çünki bu qərar təkcə sosial mühitin gərginləşməsinə yox, iqtisadi sferaya da mənfi təsirlər göstərəcək. İşıq və qazın bahalaşması yerli istesal məhsullarının da maya dəyərinin artmasına və bahalaşmaya səbəb olacaq. Hökumət vaxtında məsiliyyətini dərk edib Tarif Şurasının qərarını ləğv etməlidir".


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler