» » “Biz inhisarçılığın qarşısını almağa çalışırıq” -

“Biz inhisarçılığın qarşısını almağa çalışırıq” - Millət vəkili

Bölmə: Siyasət
“Biz inhisarçılığın qarşısını almağa çalışırıq” -

Milli Məclisdə “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilib.

Xalqİnfo” xəbər verir ki, dəyişiklikdə qeyd olunur ki, “transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibbi işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər”.

Millət vəkili Qüdrət Həsənquliyev isə ixtisaslaşdırılmış mətbuat orqanları ifadəsinə qarşı çıxıb: “Bunu kim müəyyənləşdirəcək ki, həmin mətbuat orqanı ixtisaslaşmayıb, ya da ixtisaslaşıb? Dünyanın ən nüfuzlu media qurumları “CNN”, “BBC” də belə elm, səhiyyə, bölmələri də var. Onlar siyasət üzrə ixtisaslaşsalar da, istənilən növ məlumatları yayırlar.

Belə olan halda, indi bu məsələni inhisara almaq nə qədər düzgündür? Hansı ki, biz inhisarçılığın qarşısını almağa çalışırıq”.

Millət vəkili eyni zamanda transplantasiya məsələsinə toxunaraq qeyd edib ki, Azərbaycanda hələlik yalnız qohumlar bir-birinə orqan transplantasiyası edə bilirlər: “Qanun hələlik buna icazə verir. Bunu aradan qaldırmaq lazımdır. Yollarda ildə nə qədər insanlar həyatını dəyişir. Yaxşı olmazmı ki, həmin insanların sağlam orqanları ehtiyacı olan xəstə insanlara transplantasiya edilsin. Bununla, bir insanın ölümü başqa insanın yaşam səbəbi ola bilər”.

Millət vəkili Qənirə Paşayeva da həmkarının fikrini dəstəkləyib və xatırladıb ki, hər zaman bu məsələni gündəmə gətirməyə çalışıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler