» » İlqar Məmmədovun şikayəti təmin edilmədi -

İlqar Məmmədovun şikayəti təmin edilmədi - Həbsdə qaldı

Bölmə: Siyasət
İlqar Məmmədovun şikayəti təmin edilmədi -

Bu gün Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılacaq.

Xalqİnfo”nun verdiyi xəbərə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərarın elan olunacağı gözlənilir.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

T.Yaqublu bu il əfvlə azadlığa buraxılıb.

***

Məhkəmə prosesi İlqar Məmmədovun iştirakı olmadan keçirilib. “Qafqazinfo” xəbər verir ki, hakimin qərarı ilə kasassiya şikayəti təmin edilməyib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler