» » Bəşər Əsəd ölkəni tərk etdi

Bəşər Əsəd ölkəni tərk etdi (YENİLƏNİB)

Bölmə: Siyasət, BLOK XƏBƏR
Bəşər Əsəd ölkəni tərk etdi
Suriya ordusunun generalları Xalq Sarayının önündə Bəşər Əsədə qarşı hərbi qiyam qaldırıb.

Axar.az xəbər verir ki, bu haqda Livanda fəaliyyət göstərən Əl-Khabar Press xəbər saytı Fransa TV-sinə məlumat verib.

Məlumata görə, ordunun bir qrup zabiti Əsədə qarşı qiyam qaldıraraq, Müdafiə nazirliyinin binasını ələ keçirib və Xalq Sarayını mühasirəyə alıb.

O da bildirilir ki, Bəşər Əsəd baş verən olaydan sonra ölkəni tərk edib.

Xatırladaq ki, müstəqil qaynaqlar xəbərin dəqiqliyini hələlik təsdiq etməyib.

13:53

Suriya ordusundakı bəzi generallar ölkə prezidenti Bəşər Əsəd rejimini devirmək üçün fəaliyyətə keçiblər. ANS PRESS-in məlumatına görə, Əsədi devirmək istəyən hərbçilər artıq hərbi çevriliş etməyə cəhd edirlər.


Liviya mətbuatının yaydığı məlumatda qeyd olunub ki, Əsədi yıxmağa çalışan generallar ordusu Suriya Müdafiə Nazirliyini ələ keçiriblər.


Hərbçilərin Əsədə məxsus “Xalq Sarayı”nı da tutduqları bildirilir.


Yayılan xəbərlərdə Əsədin Suriyanı tərk etdiyi də irəli sürülüb. Lakin hələlik bu iddialar öz təsdiqini tapmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler