» » Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında

Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında

Bölmə: Siyasət
Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında

"Ermənistan KİV son 20 ildə Gebbels təşviqat-təbliğatının ən yaxşı ənənələri əsasında cəmiyyətin zombiləşdirilməsi ilə məşğul olub".

Xalqİnfo.az "Report"-a istinadən xəbər verir ki, bunu "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar" mövzusunda keçirilən konfransda ermənistanlı hüquq müdafiəçisi Vaan Martirosyan deyib.

"Ermənistan cəmiyyətində son 2-3 ildə belə tendensiya formalaşıb ki, müxalifətin müxtəlif mitinq və yığıncaqlarında, sosial şəbəkələrdə Qarabağın onlara ağrı-acı, qan və pislikdən başqa heç nə vermədiyini açıq şəkildə deyirlər. Əvvəllər belə deyildi. Çünki dediyim kimi, Ermənistan KİV-i cəmiyyətin zombiləşdirilməsi ilə məşğul olub", - deyə hüquq müdafiəçisi bildirib.

Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında














* * *12:30

Qarabağ münaqişəsi olmadan Ermənistanın siyasi arenasında Koçaryan və Sarkisyan rejimləri peyda ola bilməzdi. Bunu “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və tənzimlənmə perspektivləri. Ermənistandan və Azərbaycandan baxış” mövzusunda keçirilən konfransda erməni hüquq müdafiəçisi Vahan Martirosyan deyib.

“Onlar Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində avantüralar, intriqalar törədiblər. Onlara etibar etməyə dəyməz”, - V.Martirosyan bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki, son 15 ildə nə xarici işlər nazirinin, nə də ölkənin ali rəhbərliyinin müxtəlif danışıqlar prosesində səs hüququna malik olmadıqlarını desə, “təkər kəşf etməyəcək”.

“Müharibə üçüncü qüvvənin təşəbbusu ilə başlayıb ki, öz imperialist iddialarının həyata keçirilməsi üçün regionda sabitliyin bərqərar olmasını istəməyib”, - V.Martirosyan deyib.

* * *11:11

Konfranslara çıxış edən Vahe Avetyan Azərbaycan və Ermənistan gəncləri arasında əlaqələrin qaydaya salınmasına ehtiyac olduğunu bildirib.

"Bizim gənclərimizin radikallaşması məni çox narahat edir. Bizim nəsilimiz iki ölkənin gəncləri qarşısında günahkardır, ona görə ki, biz onlara düşmən münasibətlərini miras qoyduq. Biz səylərimizi iki xalqın barışığı üçün cəmləməliyik", — Avetyan deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan və erməni xalqları sonrakı taleyini özləri həll etməlidirlər-kənar güclərin müdaxiləsi olmadan.

Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında














* * *10:32

Erməni hüquq müdafiəçiləri Vahan Martirosyanın və Vahe Avetyan Bakıda sülh konfransında iştirak edirlər.

Məlumatı virtualaz.org-un konfransda iştirak edən müxbiri verib..

İnformasiyaya əsasən, Vahan Martirosyanın və Vahe Avetyan konfransın başlanğıcına qədər Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət edib, önünə güllər qoyublar.

Vahe Avetyan virtualaz.org-un müxbirinə bildirib ki, Xocalıda öldürülmüş günahsız qurbanların sayı onu təəcübləndirib.

Avetyanın sözlərinə görə, Xocalı erməni xalqının tarixində qara ləkə olaraq həmişəlik qalacaq.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında
Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında
Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında
Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında
Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında
Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında
Erməni hüquq müdafiəçiləri Bakıda sülh konfransında

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler