» » Çovdarov aclıq aksiyasından danışdı -

Çovdarov aclıq aksiyasından danışdı - Yenilənib

Bölmə: Siyasət
Çovdarov aclıq aksiyasından danışdı -

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqİnfo”nun verdiyi xəbərə görə, hazırlıq iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Bu dəqiqələrdə proses başlasa da, jurnalistlər yenə məhkəməyə buraxılmayıb.

Qeyd edək ki, proses açıq keçirilir, lakin jurnalistlərin iştirakına icazə verilməməsi ilə bağlı heç bir səbəb göstərilmir.

***

A.Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət verərək prosesin təxirə salınmasını istəyib. O bildirib ki, bu gün cinayət işinin 56 yox, 60 cild olduğunu bilib: "Onun da 7 cildinin surəti hələ bizə təqdim edilməyib. Biz cinayət işinin 41 cildi ilə tanış olmuşuq. Qalan 19 cildlə tanış olmaq üçün kifayət qədər vaxt istədik".

K.Nəsibov deyib ki, həmin 7 cildlə heç istintaqda da tanış olmayıblar: "Onlar tamam yeni işlərdir, heç bilmirəm nə barədədir".

A.Çovdarov vəsatətə münasibət bildirərək deyib ki, onun səhhəti gün ərzində 2 saatdan çox cinayət işi ilə tanış olmağa imkan vermir. O deyib ki, hələ də aclığı davam etdirir: "Müalicəmlə bağlı irəli sürdüyüm şərtlər təmin edilənə qədər aksiyanı davam etdirəcəyəm".

Məhkəmə kollegiyası vəsatətlə bağlı qərar qərar vermək üçün müşavirəyə çıxıb.

Proses bu gün saat 13:30-da davam etdiriləcək.

***

Müşavirədən qayıdan məhkəmə kollegiyası vəsatəti təmin edib və proses noyabrın 10-da davam etdiriləcək.

***

K.Nəsibov deyib ki, ötən həftənin şənbə-bazar günü A.Çovdarovun səhhəti ağırlaşıb, ürək ağrılarından əziyyət çəkib: "Təcridxana rəhbərliyi işdə olmadığından Akif Çovdarova lazımi tibbi yardım göstərilməyib. Biz bununla bağlı Baş Prokurorluğa və hakim Həbib Həsənova müraciət etdik ki, həmin günlər təcridxanada olan işçilər cinayət məsuliyyətinə cəlb edilsin".


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler