» » Prezident İlham Əliyev dörd ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul edib - Fotolar

Prezident İlham Əliyev dörd ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul edib - Fotolar

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Prezident İlham Əliyev dörd ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul edib - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qananın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.

Səfir Kodzo Kpoku Alabo fəxri qarovul dəstəsinin qarşısından keçib. Kodzo Kpoku Alabo etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Kodzo Kpoku Alabo Qana Prezidenti Con Dramani Mahamanın salamlarını Prezident İlham Əliyevə çatdırıb və bildirib ki, Qana Prezidenti səfirə Azərbaycan ilə Qana arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib. Kodzo Kpoku Alabo ilk olaraq Azərbaycan ilə Qana arasında siyasi məsləhətləşmələr haqqında Sazişin imzalanması, diplomatik və xidməti pasport sahiblərinin viza rejimindən azad olunması üzərində iş aparılmasının vacibliyini qeyd edib. Kodzo Kpoku Alabo Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkələr arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji və idman sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Dövlət başçısı Qana Prezidenti Con Dramani Mahamanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qana Prezidentinə çatdırmağı xahiş edib.

İlham Əliyev Uruqvayın bu gün ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini də qəbul edib.

Səfir Enrike Delqado Xenta fəxri qarovul dəstəsinin qarşısından keçib. Enrike Delqado Xenta etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafında son vaxtlar müsbət irəliləyişlərin olduğunu deyən dövlət başçısı Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay nümayəndə heyətinin fəal iştirakının önəmini vurğulayaraq Uruqvay nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırlayıb. Uruqvay nümayəndə heyətinin bu Forumda ənənəvi olaraq iştirak etdiyini bildirən Prezident İlham Əliyev bunun ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün də yaxşı imkanlar yaratdığını deyib. Son vaxtlar Azərbaycan-Uruqvay əlaqələrinin inkişafında yaxşı dinamikanın olduğunu vurğulayan dövlət başçısı münasibətlərin möhkəmləndirilməsində səfirin fəaliyyətinin də çox böyük əhəmiyyət daşıdığını bildirib.

Səfir Enrike Delqado Xenta Uruqvay Prezidenti Tabare Vaskesin salamlarını dövlət başçısına çatdırıb. O, həmçinin ölkəsinin Prezidentinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Uruqvaylı diplomat kifayət qədər yeni olan ikitərəfli əlaqələrimizi daha da inkişaf etdirmək niyyətində olduqlarını vurğulayıb.

Dövlət başçısı Uruqvay Prezidenti Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Uruqvay dövlətinin başçısına çatdırmağı xahiş edib.

Dövlət başçısı bu gün, həmçinin Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini də qəbul edib.

Səfir Telar Rinq Denq fəxri qarovul dəstəsinin qarşısından keçib. Telar Rinq Denq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanın Cənubi Sudanla əlaqələrinin başlanğıc mərhələdə olduğunu deyən dövlət başçısı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüslərin nəzərdən keçirilməsinin əhəmiyyətini vurğulayıb. İkitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, enerji, ticarət, səhiyyə sahələrində inkişafı üçün imkanların olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imkanların araşdırılmasının önəmini qeyd edib.

Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən səfir Telar Rinq Denq bunun ölkəmiz ilə daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirib. Azərbaycana ilk dəfədir səfər etdiyini deyən səfir Bakının gözəl şəhər olduğunu vurğulayıb. Cənubi Sudanın dünya xəritəsində ən yeni ölkələrdən biri olduğunu xatırladan səfir Telar Rinq Denq ölkəsinin Azərbaycan ilə yaxşı ikitərəfli əlaqələr quracağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev bu gün həmçinin Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini də qəbul edib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler