» » "Biz 1918-ci ildə demokratiyanı əldə edəndə heç o indi demokratiyadan car çəkənlərdə, bu demokratiya yox idi" - Tural Məmmədov

"Biz 1918-ci ildə demokratiyanı əldə edəndə heç o indi demokratiyadan car çəkənlərdə, bu demokratiya yox idi" - Tural Məmmədov

Bölmə: Siyasət, DÜNƏNDƏN-BUGÜNƏ, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
"Biz 1918-ci ildə demokratiyanı əldə edəndə heç o indi demokratiyadan car çəkənlərdə, bu demokratiya yox idi" - Tural Məmmədov
Xalqİnfo.az xəbər verir ki, Lider televiziyasınında Mətanət Ağamirlinin təqdimatında "Seçim" analitik proqramının "Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədləri" mövzusunda veriliş hazırlandı.

Münsiflər heyəti qismində dəvət olunmuş qonaqlardan biri də IV-cü Hakimiyyətin nümayəndəsi Xalqİnfo.az xəbər portalının Baş direktoru Tural Məmmədov olub.

Verliş boyu müxtəlif suallar və cavablar səsləndi:

- Tural Müəllim, bu günlərdə verilən fərmandan sonra həyata keçiriləcək layihələr media tərəfindən necə qarşılanır?

- Bir televiziyalarda yox eyni zamanda sosial şəbəkələrdə də ümumiyyətlə bu Əlaqələndirmə Şurasının “Dayanıqlı” sözünün və bunun Azərbaycan cəmiyyətinə verdiyi xeyir haqqında, bunun mahiyyəti haqqında təbliğat aparılmalıdır. Biz bir mətbut rəhbəri olaraq çalışacağıq ki, üzərimizə düşəni bundan sonra da yerinə yetirək. Bundan əlavə belə layihələrin, fərmanların verilməsi eyni zamanda Azərbaycanın da, Dünya Beynəlxalq siyasi münasibətlərdə nüfuzunu cəmiyyətdə sosial məsələlərin, cəmiyyətin sosial yoxsulluğun aradan qaldırılmasında xüsusilə də gənclərin inkişafında cənab prezidentin verdiyi fərman bütün bu məsələləri kökündən həll edəcək. Biz xalq olaraq, bizim böyük tariximiz, qədim tariximiz, şərəfli tariximiz var.

Baxmayaraq ki, tarixin qara səhifələri də var ki, bizim düşmənimiz ermənilər və digər qonşular da həmişə bizə ikili standartdan yanaşıb. Bu gün bəzi dünya dövlətləri halbuki, biz 1918-ci ildə demokratiyanı əldə edəndə heç o indi demokratiyadan car çəkənlərdə, bu demokratiya yox idi. Bu fərmanın verilməsi Azərbaycan dövlətinin inkişaf etmiş nüfuzunu beynəlxalq aləmdə daha da inkişaf etməsinə və demokratiyanın rəhbəri cənab prezident xalqına necə xidmət etməlidir, xalqının sosial məsələsini necə həll etməlidir, bir bariz nümunə kimi ortaya qoymuş olacaq.

Bir məsələni də qeyd etmək istəyirəm ki, bizim dövlət orqanları cənab prezidentə ildə bir dəfə hesabat verəcək. Biz də dövlət olaraq BMT-yə hesabat verəcəyik. Bu hesabatın içində elə məqamlar var ki, məsələn, tarixi torpaqlarımızın, qarabağımızın işğal atında olması və məcburi köçkünlərimizin hüquqlarının qorunması bizlik deyil. Biz ona görə işğal altında olan torpaqlarımızın məcburi köçkün olan vətəndaşlarımıza verilməsi və ordakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək? Bu tarixi ədalət, ikili standart 1992-ci ildə qəbul edilmiş dörd qətnamə və bunun indiyə qədər həyata keçirilməməsi, indi əgər BMT bu öhdəliyi bizim üzərimizə qoyursa, və özünün qəbul etdiyi dörd qətnamə, tarixi ədalətsizlik bu gün yüz illərlə olmayan məsələni öz üzərlərinə götürürsə, xristian və digər dövlətlərdə yanaşırsa ki, bu saxta erməni soyqırımı olub. Məyər BMT görmür ki, 1992-ci ildə Azərbaycan xalqının başına hansı bəlalar gəldi? Amma bizim üzərimizə öhdəlik qoya bilirlər. Bir gənc kimi bu mənim fikrimdir. Qara dərilini siqaretə görə Amerika polisi boğdu öldürdü. Mən avropa ölkələrinin səfirlərinin qarşısında qeyd etdim ki, məyər siz görmürsünüz ki, cənab prezidentin rəhbərlik etdiyi Azərbaycanda və Ramil Usubovun da rəhbərlik etdiyi bir polis hansısa vətəndaşı boğsun. Məsələ bundan ibarətdir.

Bu Media mənsubunun həm də bir gəncin fikri idi ki, Azərbaycan gəncliyini və mediasını təmsil edir...




Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler