» » "Bizim işğal altındakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək?"


"Bizim işğal altındakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək?"

Bölmə: Siyasət, DÜNƏNDƏN-BUGÜNƏ, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
"Bizim işğal altındakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək?"
Xalqİnfo.az xəbər verir ki, Lider televiziyasınında Mətanət Ağamirlinin təqdimatında "Seçim" analitik proqramının "Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədləri" mövzusunda veriliş hazırlandı.

Münsiflər heyəti qismində dəvət olunmuş qonaqları Millət vəkili YAP-nın Beynəlxalq Əlaqələr komissiyasının katibi Elman Nəsirov, Millət vəkili YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənəva, Millət vəkili Yeni Azərbaycan qəzetinin Baş redaktoru, Siyasi Elmlər doktoru Hikmət Babaoğlu, Millət vəkili YAP-ı Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Dördüncü Hakimiyyətin nümayəndəsi Xalqİnfo.az xəbər portalının Baş direktoru Tural MəmmədovDayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri - Dövlət statistik komitəsinin sədri Tahir Budaqov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov olub.

Mətanət Ağamirli qeyd edib ki, mövzu ilə bağlı Azərbaycan Respublikasının prezidenti tərəfindən oktyabrın 6-sı çox önəmli bir fərman imzalandı. İstərdim ki, Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədini necə şərh etmək olar? Məhz müzakirəyə bundan başlayaq.

İlk öncə Şuranın üzvlərinə söz verildi:

- Bu Şuranın fəaliyyətində əsas məqsədlər nədən ibarətdir?


- Tahir Budaqov: İlk öncə qeyd etməliyəm ki, 17 məqsəd müəyyən olunub. Dayanıqlı İnkişaf məqsədləri bütün dünya üçün 2030-cu iləcən prioritetləri müəyyən edib və bütün ölkələr qarşısında bu məqsədlərə çatmaq üçün 169 hədəf müəyyən olunubdur. Bu hədəflərin dünya ölkələrində həyata keçirilməsi istiqamətində BMT-nin sammitində ölkə başçıları bu məsələlərin reallaşdırılması sahəsində öz üzərilərinə öhdəlik götürüblər. Bilirsiniz ki, bizim respublika hələ əsrin əvvəlində minilliyin inkişaf məqsədləri istiqamətində çox böyük işlər görmüşdür. Ölkəmiz bu ötən müddətdə çox mühüm bir yol keçmiş və İnsan İnkişafı indeksinə görə bu gün insan indeksi yüksək olan ölkələr sırasına qısa zaman kəsiyində artıq daxil olmuşdur. Yoxsulluqla mübarizə sahəsində, təhsilin keyfiyyətinin artırılması, səhiyyənin inkişafı sahəsində, ətraf mühitin qorunması, məşğulluq, əmək bazarı sahəsində və digər bütün sahələrdə Azərbaycan çox önəmli uğurlar qazanmışdır. Ölkə başçısının da bu fərmanı ilə Milli Əlaqələndirmə Şurasının yaradılması artıq 2030-cu ilə qədər bəşəriyyət qarşısında duran məqsədlərə mili prioritetləri müəyyən etməklə həmin hədəflər istiqamətində ölkənin Davamlı İnkişafının təmin edilməsi təşkil ediləcək.
"Bizim işğal altındakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək?"














- Şuranın yaradılmasından irəli gələn məsələlərin həyata keçirilməsində İqtisadiyyat Nazirliyinin, iqtisadiyyat sferası üzərinə düşən nüanslar nədən ibarətdir?

- Sevinc Həsənova: Minilliklərin inkişaf məqsədləri ilə əlaqədar Azərbaycanda çox böyük işlər görülmüşdür. Bu sahədə Azərbaycan 2000-ci illərin əvvəlindən çox böyük uğurla iki dövlət proqramı həyata keçirmişdir. Birincisi yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair dövlət proqramı, 2003-2005-ci illəri əhatə etmişdir.

İkinci proqram 2008-1015-ci illəri əhatə etmişdir. Bu proqramın məqsədyönlü şəkildə icra nəticəsində Azərbaycanda yoxsulluq 10 dəfədən çox azalmışdır. Əgər 2000-ci illərin əvvəlində Azərbaycan əhalisinin yarısı yoxsulluq səviyyəsində yaşayırdısa, keçən ilin sonuna bu göstərici cəmi “5%” təşkil etmişdir. Məhz bu göstəriciyə görə yoxsulluğun azaldılmasında əldə etdiyi nailiyyətə görə FAU tərəfindən Azərbaycan çox yüksək mükafata layiq görülmüşdür. Yaradılmış şuranın qarşısında üç əsas məqsəd qoyulmuşdur. İlk növbədə qəbul olunmuş 17 Davamlı İnkişaf məqsədlərindən prioritetləşdirmə aparılmaqla Azərbaycan üçün prioritetlərin seçilməsi. Eyni zamanda şura qarşısında duran ikinci məsələ, Azərbaycanda artıq mövcud olan, hazırlanan və hazırlanacaq bütün konsept proqramı, strategiyaları bu Davamlı İnkişaf məqsədlərinə uyğunlaşdırmaqdır. Sonuncu üçüncü məsələ, bu sahədə hər il hesbatın hazırlanması və cənab prezidentə təqdim olunmasıdır.
"Bizim işğal altındakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək?"














- Bildiyimiz kimi BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinə uyğun olaraq Azərbaycanın qarşısına qoyduğu məqsədlər var. Yəqin ki, bunların reallaşdırılması, ölkəmizin Qaçqın və Məcburi Köçünlərinin də vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablanacaq...

- Fuad Hüseynov: Dayanıqlı İnkişaf məqsədləri və onun icrası Azərbaycan əhalisinin bütün təbəqələrinə o cümlədən Qaçqınlara və Məcburi Köçkünlərə də şamil olunacaq. Yəni onlar da bunun bəhrəsini görəcək. Məlumat üçün bildirim ki, Azərbaycan dövlətinin ölkə başçısının rəhbərliyi altında Azərbaycan dövlətinin bu sahədə gördüyü böyük fəaliyyəti bir sıra nüfuzlu Beynəlxalq Təşkilatlar tərəfindən yüksək qiymətləndiririlmiş, artıq Azərbaycanın Qaçqın və Məcburi Köçkün sahəsində əldə edilmiş təcrübəsi bir model olaraq dünyada öyrənilir, təhlil olunur.

Qeyd etdiyim kimi Qaçqın və Məcburi Köçkünlərlə bağlı Beynəlxalq Konvensiyalara uyğun olaraq Mükəmməl Qanunvericilik bazası yaradılmışdır və çətin sınaq illərinə baxmayaraq Azərbaycanda bu təbəqədən olan əhalinin İnsan Hüquqları qorunmuşdur. Əgər müqayisə etsək ki, bu günləri 550 milyonluq Avropa bir neçə yüz min insanın, yəni onlara miqrant deyirlər, amma əslində onlar qaçqınlardır, çarəsiz vəziyyətdə onların əlində qalıb. Əlbətdə ki, Azərbaycanın bu sahədə nailiyyətləri təqdirə layiqdir. Yenə də qeyd etmək istəyərdim ki, həmin Dayanıqlı Məqsədlər Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərinə öz töhvəsini verəcək.
"Bizim işğal altındakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək?"














- Ümumiyyətlə qeyd olunan fərmandan irəli gələn qlobal məqsədlərin Azərbaycan üçün əhəmiyyətini necə xarakterizə etmək olar?

- Məlahət Həsənova: Mən hesab edirəm ki, təkcə bu fərman Azərbaycan üçün önəmli deyil, həm də Beynəlxalq aləmdə də bir səsgətirici və yüksək dəyərləndirilməyə layiq olan bir fərmandır. Hörmətli, Tahir müəllimin və Fuad müəllimin də qeyd etdiyi kimi keçən il 2015-ci ildə BMT-yə üzv olan ölkələrin dövlət və hökumət başçılarının yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə qəbul olunan bir sənəddir. Mən BMT-dan maraqlandım və məlum oldu ki, bu günə qədər bir çox ölkələrdə bu ali sənədlə bağlı, yəni Davamlı Dayanıqlı İnkişaf adlanan bu sənədlə bağlı elə bir ölkə yoxdur ki, belə yüksək səviyyəli bir dövlət qurumu yaratsın. Hətta yerli qurumlardan və bir neçə tanıdığım BMT təmsilçilərindən bu sənədlə bağlı münasibətlərini öyrənəndə dedilər ki, bu sənədin artıq BMT-na əks-sədası gəlib. Bu bir daha möhtərəm prezidentimizin cənab İlham Əliyevin Azərbaycanda həqiqətən 2003-cü ildən gəlişi, ilk gündən 2004-cü ildə sosial regionların, ölkənin ümumiyyətlə sosial-iqtisadi inkişafı ilə bağlı böyük dövlət proqramlarının qəbul olunması, Bakını və Bakı ətrafı rayonların sosial-iqtisadi inkişafı ilə bağlı, böyük dövlət proqramlarının qəbulu ilə bağlı, yəni minilliyin inkişaf sammitində qoyulmuş o hədəflər, məqsədlərlə bağlı görülən böyük işlərin və uğurların nəticələri üzərində qurulan bir işdir. Eləcə də təhsil sahəsində, səhiyyə sahəsində, qadın haqları sahəsində, "Gender bərabərliyi", "Qadın sağlamlığı", "Ana ölümü", Analığın mühafizəsi və eyni zamanda qadınların səlahiyyətləndirilməsi, qadınlara qərar qəbul edilməsində, hökumətdə konkret qərar qəbul edilməsi ilə bağlı məqsədlər göstərir. Bu mənada möhtərəm prezidentimizin imzaladığı bu fərmanla bir millət vəkili kimi fəxr edirik.
"Bizim işğal altındakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək?"














- Məsələnin qısa olaraq iqtisadi aspektdən Azərbaycan üçün perspektivi nədən ibarətdir?

- Aydın Hüseynov: Ümumiyyətlə götürdükdə Azərbaycan dövləti bütün Beynəlxalq təşkilatlarla Azərbaycan dövlətinin Milli və Dövlətçiliyinin maraqlarına hüqüqi şəkildə əməkdaşlıq edir. Bu Dayanıqlı İnkişaf proqramının ən başlıca istiqaməti yoxsulluğun aradan qaldırılmasıdır. Eləcə də digər məsələlər də var. Yəni bu yoxsulluğun aradan qaldırılması iqtisadi aspektlərə söykənir. O ölkələrdə gərək iqtisadiyyat artsın ki, bu yoxsulluq aradan qaldırılsın. Bu əməkdaşlıq bizə nəyi gətirəcək? Artıq Azərbaycan yaxşı mənada dünyaya açıqdır. İndi bilirsiniz ki, parlamentlərdə xüsusilə siyasi bloku əhatə edəcək qanunvericilik ilə bağlı 75-ə qədər qanun qəbul olunub və yaxud da qanuna dəyişiklik olunub. Bütün bunların hamısı bizim İqtisadi Əlaqələrimizi tənzimləyəcək, eləcə də konkret olaraq onu deyim ki, gömrük rüsumlarının azaldılması var, idxal və ixrac proseslərindəki yumşaldıcı amillər var. Bütün bunların hamısı bizim Beynəlxalq əməkdaşlığımıza xidmət edən və onu şərtləndirən amilərdən biridir ki, biz BMT çərçivəsində və xüsusilə Dayanıqlı İnkişaf çərçivəsindəki əməkdaşlığımız məhz daha da genişlənəcək. Eyni zamanda yaranan Milli Şura bu işdə çox önəmli rol oynayacaq.
"Bizim işğal altındakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək?"














- Bu yaradılan şuranın qarşısında duran məqsədlər, öhdəliklər həyata keçdikdə Azərbaycanın siyasi gücünə verəcəyi təkanlar nədən ibarətdir?

- Elman Nəsirov: Bu məsələnin təbii ki, siyasi aspektləri də var. Baxmayaraq ki, əslində Dayanıqlı İnkişaf deyəndə söhbət həm onun sosial-iqtisadi ekoloji aspektləri var. Onların üçünün birlikdə inkişafı olanda Daxili İnkişaf baş vermiş olur. Əslində təbiət və cəmiyyət bir sistemdir. Onlar bir-birini tamamlayırlar və cəmiyyətin tərkib hissəsidir. Bu günki reallıq nədən ibarətdir? Hörmətli Fuad müəllim qeyd etdi ki, 1972-ci ilin artıq həyəcan təbili çalınır. Cəmiyyətin sosial inkişafı nəyin hesabına baş verir? Təbiətin istismarı hesabına bir disbalans yaranır. Belə çıxır ki, təbiət dözür-dözür və bir növ təbiət özü partlayır. Belə olan vəziyyətdə bunun ilk zərbəsi cəmiyyətə dəyir. Elə etmək lazımdır ki, cəmiyyətin sosial-iqtisadi inkişaf problemlərinin həlli bu ətraf mühitin qorunması ilə bir tarazlıqda olmalıdır. Tarazlıq pozulanda artıq fəlakətlər gəlir, partlayışlar və s. Ona görə mən belə hesab edirəm ki, əslində 1972-ci ildə iki məsələ qalxmışdı. Hansı ki biz bu günləri o məsələni tez-tez dilimizə gətiririk. İnkişaf etmiş dövlətlərin liderləri deyirdilər ki, bu günki vəziyyətdən çıxış yolu odur ki, gəlin Ekalogiyalaşdırma siyasətin həyata keçirək. Yəni torpağı, suyu, havanı təmizləyək. Ondan sonra sosial-iqtisadi inkişaf da özü-özünə davam edəcək. Lakin inkişaf etməkdə olan ölkələrdə isə kontrol arqument qoyurdular. Deyirdilər: “Xeyir əvvəlcə ekologiya yox, əvvəlcə gəlin insanların kasıblaşmasını həll eləyək, daha sonra ekalogiyaya qayıdaq". İki müxtəlif yanaşma. Düz 11 il sonra BMT özünün ətraf mühit və inkişaf üzrə beynəlxalq komissiyasını yaratdı. Həmin komissiyada dedilər ki, ikisidə gözəl yanaşmadı. Gəlin ikisini də birləşdirək. Adını da qoydular Ekaloji İnkişaf. Sonradan bu Dayanıqlı İnkişaf məsələləri çıxdı.
"Bizim işğal altındakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək?"














- Bu zamana qədər sözsüz ki, həyata keçirilən dövlət əhəmiyyətli layihələrin nəticəsidir ki, Azərbaycan çox qısa zaman ərzində dünyada siyasi orenada da öz gücünü, öz mövqeyini ortaya qoya bildi. Bu gün biz fəxrlə deyirik ki, Azərbaycanla siyasi güclər hesablaşmaq məcburiyyətindədir. Bu baxımdan qədəm qoyduğumuz növbəti mərhələnin Azərbaycanın dünya miqyasındakı nüfuzuna nələr vəd edir?

- Hikmət Babaoğlu: İncə bir məsələ var. Davamlı və yaxud da Dayanıqlı İnkişafı təmin edəcək əsas resurslardan biri insan resurslarıdır. Digər iki məsələ iqtisadi və ekoloji problemlər əslində insan resurslarının inkişafı ilə bağlıdır. Yəni, intelektual resursların inkişafı lazımı səviyyədə olmasa, biz nə ekoloji nə də iqdisadi problemləri həll edə biləcəyik. Bunun üçün Azərbaycanda 2001-ci ildə Heydər Əliyev tərəfindən xüsusi təhsil strategiyası müəyyənləşdirildi. Çox maraqlıdır ki, ilk dəfə olaraq bu çağırışa qoşulan ölkələr içərisində Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün xüsusi tədris vasitələri formalaşdırıldı. Bu hadisə BMT-nin xüsusi qətnaməsində öz əksini tapıbdır ki, Azərbaycanda bu istiqamətdə addımlar atılır.
"Bizim işğal altındakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək?"













- Bu günlərdə verilən fərmandan sonra həyata keçiriləcək layihələr media tərəfindən necə qarşılanır?

- Tural Məmmədov: Bir televiziyalarda yox eyni zamanda sosial şəbəkələrdə də ümumiyyətlə bu Əlaqələndirmə Şurasının “Dayanıqlı” sözünün və bunun Azərbaycan cəmiyyətinə verdiyi xeyir haqqında, bunun mahiyyəti haqqında təbliğat aparılmalıdır. Biz bir mətbut rəhbəri olaraq çalışacağıq ki, üzərimizə düşəni bundan sonra da yerinə yetirək. Bundan əlavə belə layihələrin, fərmanların verilməsi eyni zamanda Azərbaycanın da, Dünya Beynəlxalq siyasi münasibətlərdə nüfuzunu cəmiyyətdə sosial məsələlərin, cəmiyyətin sosial yoxsulluğun aradan qaldırılmasında xüsusilə də gənclərin inkişafında cənab prezidentin verdiyi fərman bütün bu məsələləri kökündən həll edəcək. Biz xalq olaraq, bizim böyük tariximiz, qədim tariximiz, şərəfli tariximiz var.

Baxmayaraq ki, tarixin qara səhifələri də var ki, bizim düşmənimiz ermənilər və digər qonşular da həmişə bizə ikili standartdan yanaşıb. Bu gün bəzi dünya dövlətləri halbuki, biz 1918-ci ildə demokratiyanı əldə edəndə heç o indi demokratiyadan car çəkənlərdə, bu demokratiya yox idi. Bu fərmanın verilməsi Azərbaycan dövlətinin inkişaf etmiş nüfuzunu beynəlxalq aləmdə daha da inkişaf etməsinə və demokratiyanın rəhbəri cənab prezident xalqına necə xidmət etməlidir, xalqının sosial məsələsini necə həll etməlidir, bir bariz nümunə kimi ortaya qoymuş olacaq.
"Bizim işğal altındakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək?"













Bu Media mənsubunun həm də bir gəncin fikri idi ki, Azərbaycan gəncliyini və mediasını təmsil edir...

- Əslində sözü gedən sənədin çox ciddi formada müzakirəsi gedir. Amma mən bir daha istərdim ki, milllət vəkillərindən soruşum ki, sadə Azərbaycan vətəndaşı üçün bu sənədin əhəmiyyəti nədən ibarətdir? Daha sadə formada bunu necə izah edə bilərik?

- Məlahət Həsənova: Burada səslənən bütün fikirlər sadə vətəndaşın rifahı üçün yönələn bir məsələdir. Yoxsulluğun aradan qaldırılması məyər sadə vətəndaşın xidməti üçün deyilmi? Və yaxud təhsil, səhiyyə, sağlamlıq problemləri. Bütün bu məsələlər hesab edirəm ki, sadə vətəndaşlara bilavasitə xidmət edən məsələlərdir.

- Hikmət Babaoğlu: Hər bir fərd özünün inkişafı sahəsində müəyyən nailiyyətlər qazanacaqsa, nəticə etibarilə cəmiyyətin özündə bu özünəməxsus bir generator kimi modem olacaqsa, bu bütövlükdə cəmiyyətin inkişafına gətirəcək. Əslində tələb olunan məsələ də bundan ibarətdir.

- Elman Nəsirov: Növbəti 15 il ərzində biz daha da güclü olmağımıza nail olmaq istəyirik. Cənab prezident çıxışların birində qeyd etdi ki, növbəti 10 il ərzində bizim hədəfimiz inkişaf etmiş dövlətlər sırasında olmaqdır. Dayanıqlı İnkişaf yolunda atdığımız addımlar buna gətiririb çıxardacaq ki, biz "100%"-lik keyfiyyətli təhsil ala bilək. Qaçqınlarımızı öz tarixi yurdlarına qayıtması məsələsini həll edəcəyik.

- Tahir Budaqov: Artıq Azərbaycan üçün bəzi hədəflər kiçik hədəflərdir. İndi daha iddialı hədəflərə doğru gedir.

- Aydın Hüseynov: Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi, Azərbaycan cəmiyyətinin daha da inkişafı deməkdir.

- Tural Məmmədov: Bizim dövlət orqanları cənab prezidentə ildə bir dəfə hesabat verəcək. Biz də dövlət olaraq BMT-yə hesabat verəcəyik. Bu hesabatın içində elə məqamlar var ki, məsələn, tarixi torpaqlarımızın, qarabağımızın işğal atında olması və məcburi köçkünlərimizin hüquqlarının qorunması bizlik deyil. Biz ona görə işğal altında olan torpaqlarımızın məcburi köçkün olan vətəndaşlarımıza verilməsi və ordakı torpaqlarımıza əlimiz çatmır. Bunun hesabatın BMT-yə verəndə BMT nə deyəcək? Bu tarixi ədalət, ikili standart 1992-ci ildə qəbul edilmiş dörd qətnamə və bunun indiyə qədər həyata keçirilməməsi, indi əgər BMT bu öhdəliyi bizim üzərimizə qoyursa, və özünün qəbul etdiyi dörd qətnamə, tarixi ədalətsizlik bu gün yüz illərlə olmayan məsələni öz üzərlərinə götürürsə, xristian və digər dövlətlərdə yanaşırsa ki, bu saxta erməni soyqırımı olub. Məyər BMT görmür ki, 1992-ci ildə Azərbaycan xalqının başına hansı bəlalar gəldi? Amma bizim üzərimizə öhdəlik qoya bilirlər. Bir gənc kimi bu mənim fikrimdir. Qara dərilini siqaretə görə Amerika polisi boğdu öldürdü. Mən avropa ölkələrinin səfirlərinin qarşısında qeyd etdim ki, məyər siz görmürsünüz ki, cənab prezidentin rəhbərlik etdiyi Azərbaycanda və Ramil Usubovun da rəhbərlik etdiyi bir polis hansısa vətəndaşı boğsun. Məsələ bundan ibarətdir.

- Təşəkkür edirik dəyərli media nümayəndəsi, deputatlar, nazir müavinləri, şura üzvləri.





Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler