» » “Nə dialoq, BMT-yə, ATƏT-ə məktub yazsınlar”- Novruzovdan müxalifətə məsləhət

“Nə dialoq, BMT-yə, ATƏT-ə məktub yazsınlar”- Novruzovdan müxalifətə məsləhət

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Nə dialoq, BMT-yə, ATƏT-ə məktub yazsınlar”- Novruzovdan müxalifətə məsləhət
Çoxdandır nəzərdə tutulan iqtidar-müxalifət dialoqu baş tutmur. Müxalifət nümayəndələri belə bir görüşün gerçəkləşməsi üçün qarşı tərəfin təşəbbüs göstərməli olduğunu deyir.
Bəzi müxalifətçilər, görüş baş tutacağı təqdirdə iştirakdan imtina edəcəklərini desə də, bəziləri təşəbbüsü dəyərləndirəcəyini istisna etmir.

Bəs, hakim partiya nə düşünür?!

Müxalifətlə dialoq vacibdirmi?!

Yaxın zamanlarda iqtidar-müxalifət dialoqu gerçəkləşə bilərmi?!

Xalqinfo.az bildirir ki YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında cavabsız qalan bu kimi suallara aydınlıq gətirib. O, bildirib ki, dialoq məsələsi qarşılıqlı olmalıdır.

“Hansısa tərəfin dəvətindən asılı olmayaraq, bu məsələ qarşılıqlı məsələdir. O baxımdan da müəyyən məsələlər var ki, qarşı tərəfi narahat edir, onu yazılı formada təqdim edirlər. Gəlin, diqqət edək! Dialoq nə deməkdir? Nəyə görə aparılmalıdır?!
Adətən, dialoqun həyata keçirilməsi ciddi problem olanda reallaşır. Ölkədə sabitlik hökm sürür, iqtisadi inkişaf var, sosial problemlər həll olunur, yeni iş yerləri açılır. Həmçinin cənab Prezident regionlara səfər edərək insanlarla görüşür. Hər bir iş öz qaydasında gedir. Müxalifəti narahat edən nə məsələ var ki, dialoq da istəyir?! Məsələn, götürək, Suriya dövlətini. İqtidar müxalifətlə dialoqa getməyə məcbur olub və yaxud da, başqa bir ölkədə iqtidar-müxalifət bir araya gəlir. Azərbacanda nə baş verib ki, dialoqa da ehtiyac yaransın?!”.

YAP rəsmisi onu da əlavə edib ki, müxalifət dialoq istəyirsə, Prezidentin son çıxışlarına diqqət etsin.

"Bu yaxınlarda cənab Prezidentin ciddi bəyanatları oldu. Münaqişənin həm müharibə yolu, həm də sülh yolu ilə həll olunması, Dağlıq Qarabağa status verilməsi ilə əlaqədar fikirlər səsləndirdi.

Bax, bu məsələlərlə bağlı müxalifət ortaya mövqe qoysun və yaxud da dəstək göstərsin. Cənab Prezident çıxışında qeyd edib ki, Dağlıq Qarabağla bağlı bizə təzyiqlər var.

BMT-yə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə məktub yazsınlar. Dağlıq Qarabağ təkcə iqtidarın deyil ki! Həm də müxalifətindir. Ona görə də nəyin dialoqunu aparacağıqsa, onu izah etsinlər. Sonra yerdə qalan məsələləri mən şərh edərəm”.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler