» » `Tramp haqqında deyilənlər yalandır`-

`Tramp haqqında deyilənlər yalandır`- Ağalarov

Bölmə: Siyasət
`Tramp haqqında deyilənlər yalandır`-
Moskvada ABŞ prezidentliyinə namizəd Donald Trampla birgə “Miss kainat – 2013” müsabiqəsini təşkil edən “Crocus Group” şirkətlər qrupunun rəhbəri Araz Ağalarov onu ünsiyyətdə xoş, sevimli kimi təqdim edib.

Xalqİnfo.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

“Tramp olduqca sevimli, ünsiyyətdə olduqca xoş biridir. Onun haqqında deyilənlərin hamısı yalandır, təhrif olunur. Hətta mənim “Washington Post”-a verdiyim müsahibəni də təhrif etmişdilər”, - deyə Ağalarov bəyan edib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq. Prezident postu uğrunda Donald Trampla Hilari Klinton mübarizə aparacaq.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler