» » "Ermənistan öz evində rəzil oldu" — Hərbi ekspert

"Ermənistan öz evində rəzil oldu" — Hərbi ekspert

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
"Ermənistan öz evində rəzil oldu" — Hərbi ekspert
KTMT-nin İrəvan toplantısı Ermənistan üçün sözün hər mənasında fiasko oldu.

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin başçılarının sammiti keçirilib. Rusiya, Belarus, Qırğızıstan, Ermənistan və Tacikistan prezidentlər, Qazaxıstan isə baş nazir səviyyəsində təmsil olunub.

Toplantıda Dağlıq Qarabağ problemini müzakirə etmək istəyən Ermənistan Rusiya tərəfindən susdurulub. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov toplantıdan əvvəl bildirib ki, KTMT Qarabağı müzakirə etməyəcək.

Bu azmış kimi KTMT-nin başına erməni generallardan birinin gələcəyi gözlənilsə də, İrəvan toplantısanda bu da baş tutmadı. Erməni mətbuatının yazdıqlarından aydın olur ki, toplantı Ermənistan üçün çox uğursuz olub və buna görə də Sərkisyan tənqid atəşinə tutulub.

Xalqİnfo.az xəbər verir ki, KTMT-nin İrəvan toplantısı və Ermənistanın fiaskosu barədə hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a dnaşıb:

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən görüşündən çox böyük zövq aldım. Ona görə ki, Ermənistanın bir daha formal dövlət olması tam çılpaqlığı ilə özünü göstərdi. İkinci tərəfdən də KTMT-nin önəmli bir qrum olmaması özünü biruzə verdi. Əgər bu təşkilatdırsa, onun baş katibi seçilməli idi. Ermənistan prezidenti Serj Sərkisyan KTMT-nin toplantısından sonra bildirdi ki, bu məsələ Sankt Peterburqda həll olunacaq. Ermənistana o səlahiyyət verilmədi ki, öz istəklərinə nail olsunlar. Ermənistana evinin içində heç nə olduqlarını sübut etdilər.

KTMT-nin görüşü ərəfəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistana diplomatik şəkildə bildirdi ki, görüşdə Qarabağın müzakirəsi olmayacaq. Ermənistan Rusiya tərəfdən komanda aldı və anladı ki, Qarabağ məsələsinin müzakirəsi olmayacaq. Rusiyadan başqa KTMT üzvü olan digər dövlətlər də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu isə bizim üçün yaxşı bir haldır.

KTMT-nin İrəvan toplantısı tarixə düşəcək bir toplantıdır. Faktiki olaraq KTMT-nin üzvləri Ermənistana etibar etmədilər. Əgər işğalçı dövlətə etibar etsəydilər yəqin ki, Nikolay Bardyujanı əvəzləyəcək səlahiyyətli şəxsi də seçərdilər. Biz demirik ki, Ermənistandan biri KTMT-nin baş katibi olmasın. Olsun, ancaq Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra. Ermənistandan biri KTMT-nin baş katibi olsa heç kim qarantiya verməyəcək ki, o şəxs Azərbaycana qarşı hər hansısa addımlar atmayacaq.

KTMT-nin bu toplantısı mənim üçün tarixi bir hadisə idi. Ermənistan rəsmən rəzil duruma düşdü. KTMT-də Ermənistana heç bir hörmətin olmaması öz evlərində özlərinə sübut olundu. Düşünürəm ki, erməni cəmiyyəti Sərkisyanın aldığı bu tərs şapalağı incələyəcək və bununla bağlı Ermənistanda maraqlı müzakirələr başlayacaq".

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler