» » İlham Əliyev Nəvaz Şəriflə görüşdü —

İlham Əliyev Nəvaz Şəriflə görüşdü — YENİLƏNİB + FOTO

Bölmə: Siyasət
İlham Əliyev Nəvaz Şəriflə görüşdü —
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.

Xalqİnfo.az bildirir ki, Ölkə.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

***

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.

"Xalqİnfo" Ölkə.Az-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verdi. Pakistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Nəvaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Pakistanın Baş naziri Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Məhəmməd Nəvaz Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif rəsmi foto çəkdirdilər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler