» » Cavid Hüseynov azadlığa çıxdı -

Cavid Hüseynov azadlığa çıxdı - Məhkəmə qərar verdi

Bölmə: Siyasət
Cavid Hüseynov azadlığa çıxdı -
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı cinayəti bilib gizlətməkdə təqsirləndirilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Xalqİnfo.az bildirir ki, “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynovun vəkili Adəm Məmmədov vəsatət verərək müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü verilməsini istəyib.

Məhkəmə vəkil A.Məmmədovun vəsatətini qismən təmin edib və C.Hüseynovun cəzası 1 il 2 aya endirilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, C.Hüseynov Səbail rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Cavid Hüseynov azadlığa çıxdı -
Cavid Hüseynov azadlığa çıxdı -

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler