» » Lavrovun erməni kökləri Ermənistana kömək olmadı

Lavrovun erməni kökləri Ermənistana kömək olmadı

Bölmə: Siyasət, BLOK XƏBƏR
Lavrovun erməni kökləri Ermənistana kömək olmadı
Ermənistanın Avrasiya İqtisadi Birliyinə giriş tarixi dəyişdirilə bilər.

Bu barədə mətbuata açıqlamasında Ermənistanın baş naziri Ovik Abramyan məlumat verib. Onun sözlərinə görə, ölkəsi mütləq bu birliyə daxil olacaq. Bu sözdən sonra dediklərini zarafata salıb "heç vaxt olmamaqdansa gec olması daha məsləhətlidir".

Abramyan hər şeyin 3 iyulda keçiriləcək görüşdən sonra bəlli olacağını deyib. Bununla yanaşı baş nazir ölkənin birliyə daxil ediləcəyi təqdirdə Ermənistanla Dağlıq Qarabağ arasında buraxılış məntəqələrinin qoyulub-qoyulmayacağı haqqında sualdan yayınıb.

Yerli jurnalistlər müəyyən ediblər ki, son bir neçə gündə Dağlıq Qarabağı hökumət başçısı başda olmaqla bir çox yüksəkçinli ziyarət edib. Bu cür səfərlər təbii ki, təsadüf deyil. Qəzet əməkdaşlarının fikrincə, ola bilər ki, Ermənistanın bu birliyə daxil olacağı təqdirdə yarana biləcək problemlər, heç kimin tanımadığı Dağlıq Qarabağla Ermənistan arasında buraxılış məntəqələrinin yerləşdirilməsi müzakirə edilir.

Ermənistan üçün vacib məsələnin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri zamanı həll ediləcəyi ilə bağlı ümidlər özünü doğrultmadı.

Jurnalistlər qarşısında çıxış edən ölkənin ilk ombudsmanı Larisa Alaverdyan bildirib ki, Sergey Lavrovun erməni kökləri İrəvana yaxşı heç nə gətirmədi. "O, burda çox şeydən danışdı. Amma biz işəyarayan heç nə eşitmədik".

Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan prezidentinin Rusiya, Qazaxıstan, Belarus rəhbərlərinə Ermənistanın Avrasiya İqtisadi Birliyinə işğal edilmiş Dağlıq Qarabağla daxil olmasının mümkünsüzlüyü barədə məktubu İlhma Əliyevin ermənilər üzərində yeni diplomatik qələbəsidir.

ans press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler