» » Səudilər yas mərasimini bombaladılar: 155 ölü, 320 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Səudilər yas mərasimini bombaladılar: 155 ölü, 320 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Səudilər yas mərasimini bombaladılar: 155 ölü, 320 yaralı - YENİLƏNİB - VİDEO - FOTO
23:46

Xalqİnfo.az Al Arabiya-ya istinadən bildirir ki, Sənadakı bombardmanda 155 nəfərin həlak olduğu, 320 nəfərin yaralandığı bildirilir.

23:21

Yəmənin paytaxtı Sənada yas mərasiminin Səudiyyə Ərəbistanının Hərbi-Hava Qüvvələrinin 4 təyyarəsi tərəfindən bombalanması nəticəsində 155 nəfər həlak olub, 620 nəfər yaralanıb.
Al Arabiya-ya istinadən bildirir ki, təyyarələr yas mərasiminin keçirildiyi binanı vurublar.

Yas mərasimində husilərin DİN başçısı ilə vidalaşma idi. Həlak olanlar və yaralananlar arasınad məmurlar, üsyançı husilərin komadirləri var.

Bombardmanda Yəmən paytaxtının meri Əbdül Qadir Hilalın da həlak olduğu deyilir.

23:08

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtında yas mərasiminə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

Xalqİnfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə üsyançı husilərin rəsmi nümayəndəsi Məhəmməd Əbdül-Salam bildirib. Onun sözlərinə görə, yas mərasiminin bombardman olunması koalisiya tərəfindən törədilən növbəti soyqırımı aktıdır.

Zərbələr nəticəsində 534 nəfərin yaralandığı bildirilir. Ölənlərin sayının artacağı istisna olunmur.

20.50

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminin keçirildiyi əraziyə aviazərbələr endirib.

Xalqİnfo.az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində azı 45 nəfər ölüb, 100-dək adam xəsarət alıb.

"Saba" agentliyi, öz növbəsində, ölən və yaralananların sayının 450 nəfər olduğunu bildirir.

Xatırladaq ki, Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən hökumətinə dəstək verir.

19:31

Yəmənin paytaxtı Səna şəhərində ərəb koalisiyasına məxsus hərbi aviasiya husilərin iştirakı ilə keçirilən yas mərasiminə hava zərbəsi endirib.

Xalqİnfo.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə nəticəsində onlarla insan həyatını itirib. Mənbənin məlumatına əsasən, hava zərbəsi üsyançı hökumətin daxili işlər nazirinin atasının ölümü ilə bağlı matəm mərasiminin keçirildiyi binaya endirilib. Hadisə nəticəsində ölən və yaralanan insanların sayı bir neçə yüz nəfərə çata bilər.

Yəməndə 2014-cü ildən başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində "Ənsar Allah" şiə qruplaşmasına məxsus husi üsyançıları və keçmiş prezident Əli Abdullah Salehə sadiq ordu hissələri, digər tərəfdə isə hökumət qüvvələri və Prezident Abd Rabbu Mənsur Hadiyə sadiq könüllülər iştirak edir.

Paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır. 2015-ci ildən etibarən onların mövqeləri Səudiyyə Ərəbistanını başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri tərəfindən hücuma məruz qalır

Əlaqə üçün E-mail: Xalqİ[email protected]

Şəfa Rasimqızı
Xalqİnfo.az

.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler