» » Keçmiş maliyyə naziri milyardları götürüb ölkədən qaçdı

Keçmiş maliyyə naziri milyardları götürüb ölkədən qaçdı

Bölmə: Siyasət, DÜNƏNDƏN-BUGÜNƏ
Keçmiş maliyyə naziri milyardları götürüb ölkədən qaçdı
Ermənistanın keçmiş maliyyə naziri Qagik Xaçatryan bu günlərdə özü ilə bir neçə milyard dram götürərək ölkəni tərk edib.
Xalqİnfo.az virtualaz-a istinadən bildirir ki, hələ Q.Xaçatryanın istefasından öncə vergi yoxlamaları zamanı məlum olub ki, Dilicandakı Maliyyə Nazirliyinin tədris binasının tikintisi zamanı 6 milyard dram (təxminən 12 milyon dollar) dövlət büdcəsindən oğurlanıb. Bundan sonra vergi xidməti nazirdən itkiləri kompensasiya etməyi tələb etmişdi. İndi isə sabiq maliyyə nazirinin Ermənistanı tərk etməsi məlum olub.

Xatırladaq ki, bir neçə ay öncə Q.Xaçatryanın daha bir korrupsiya qalmaqalında adı hallanıb. Belə ki, onun övladlarının ABŞ-da 15 milyon dollardan yuxarı mülkləri olduğu aşkarlanıb.

Əlaqə üçün E-mail: Xalqİnfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler