» » Azərbaycanı təəccübləndirir və məyus edir- Novruz Məmmədov

Azərbaycanı təəccübləndirir və məyus edir- Novruz Məmmədov

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Azərbaycanı təəccübləndirir və məyus edir- Novruz Məmmədov

“ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanat Azərbaycanı həddindən çox təəccübləndirir və məyus edir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Biz düşünürük ki, bu gün dünyada bütün proseslərdə iştirak edən, bütün proseslərə özünün töhfəsini verməyə sanki çalışan super dövlətin vəzifədən getmə ərəfəsində (bilirsiniz ki, bir müddətdən sonra seçkilər olacaq) olan bir rəsmisinin belə bəyanat verməsi çox məyusedici və təəcübləndiricidir", - deyə N.Məmmədov vurğulayıb.

Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib ki, C.Kerrinin bəyanatını diqqətlə oxuyanda məlum olur ki, orada Ermənistan və Azərbaycan liderləri sözü yoxdur: "Orada deyilir ki, liderlər buna hazır deyil. Bunun çox böyük əhəmiyyəti və mənası var. Bunu həmişə nəzərə almaq lazımdır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler