» » İQLİMŞÜNAS: “AZƏRBAYCANDA MÖVCUD HAVA ŞƏRAİTİ HƏFTƏ SONUNA QƏDƏR DAVAM EDƏCƏK”

İQLİMŞÜNAS: “AZƏRBAYCANDA MÖVCUD HAVA ŞƏRAİTİ HƏFTƏ SONUNA QƏDƏR DAVAM EDƏCƏK”

Bölmə: Siyasət
İQLİMŞÜNAS: “AZƏRBAYCANDA MÖVCUD HAVA ŞƏRAİTİ HƏFTƏ SONUNA QƏDƏR DAVAM EDƏCƏK”
“Hazırda Azərbaycan ərazisində cənub hava kütlələri hakimdir. Bu səbəbdən də hava şəraiti müşahidə olunduğu kimi mülayimdir”.

"Xalqİnfo" bildirir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

İqlimşünas bildirib ki, oktyabr ayının ilk ongünlüyündə ölkə ərazisində temperaturun qəfildən azalması gözlənilmir: “Müşahidə olunan hava şəraiti həftə sonuna qədər davam edəcək. Yaxın günlərdə orta günlük temperaturun 16-17 dərəcədən aşağı düşməsi ehtimal olunmur. Günorta isə havanın temperaturu 26-27 dərəcəyədək qalxacaq. Həftənin sonuna qədər ölkə ərazisində, xüsusən Bakıda və Abşeron yarımadasında yağmursuz hava gözlənilmir, yəni daşqınlara, sürüşmələrə səbəb olan güclü yağıntı olmayacaq. Dağlıq ərazilərdə Qəbələ, Şəki istiqamətində həftə sonu az miqdar yağıntının düşməsi mümkündür”.

Sentyabr ayının son ongünlüyündə olan yağıntılı hava şəraitinə münasibət bildirən iqlimşünasın sözlərinə görə, güclü yağışlara ölkə ərazisinə Atlantik okeanın üzərində olan hava kütlələrinin qəfildən daxil olması səbəb olub: “Bu dövrdəki yağışın kənd təsərrüfatına elə bir mənfi təsiri olmur”.

Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler