» » Aslanovanın və oğlunun bank hesablarına həbs qoyulub

Aslanovanın və oğlunun bank hesablarına həbs qoyulub

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Aslanovanın və  oğlunun bank hesablarına həbs qoyulub
«Parlamentin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın və onun oğlu Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun ölkədən çıxmasına qadağa qoyulub. Aslanovlara məxsus bütün əmlaka və bank hesablarına da həbs qoyulub, onların barəsində hüquq mühafizə orqanlarında araşdırma aparılır»

Xalqinfo.az xəbər verir ki , «Bizim Yol» qəzetinə daxil olan məlumata görə adları siyasi qalmaqallarda hallanan Aslanovların fəaliyyəti barədə xüsusi xidmət orqanlarında təkzibedilməz sübutlar var. «Onların prezident seçkilərindən əvvəl Azərbaycana qonşu ölkələrin birindən siyasi dəstək axtarışları, hakimiyyətdə şəbəkələmiş təşkilata rəhbərlik etməsi və qurumları iqtidar əleyhinə şübhəli fəaliyyətlərə yönlədirməsi təsdini tapıb» deyə mənbə vurğulayıb.

Qaynaq bildirib ki, Aslanovlar bank hesablarına və əmlaka qoyulan həbslərin qaldırılmasına cəhdləri nəticə verməyib. Vaxtıilə onları himayə edən məmurlar bu qərarın dəyişdirilməsinin «imkanları xaricində» olduğunu bildiriblər.

Elnur Aslanova Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsi verilməsinə və Rəbiyyət Aslanovanın Mili Məclisin Komitə sədri kimi görəvinə davam etməsinə gəlincə, mənbə bunların müvəqqəti olduğunu iddia edib: «Aslanovları himayə edən «əl»in gücü buna çatıb, amma bu, onlar barəsində yüksək səviyyədə verilmiş qərara təsir göstərə bilməz”.

Xatırladaq ki, Elnur Aslanovun MTN-də 6 saat dindirilməsi ilə bağlı «Bizim Yol» qəzeti saytı məlumat yaymışdı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Arif Babayev bu barədə onda məlumat olmadığını bildirmişdi, Aslanov isə heç bir açıqlmama verməmişdi. Bundan başqa yuxarıda göstərilən faktların bir qismi müxtəlif media orqanlarında yazılıb, amma nə Rəbiyyə Aslanova, nə də Elnur Aslanov onları təkzib etməyib.

Bir neçə həftə əvvəl Elnur Aslanovun ən yaxın dostu, deputat Ceyhun Osmanlının qardaşı Daxili İşlər Nazirliyi sistemində işdən çıxarılıb. Deputat internet saytlarının birinə açıqlamasında yaranmış durumu «37-ci illərlə» müqayisə etmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler