» » Tərtərdə partlamamış hərbi sursat aşkarlanıb

Tərtərdə partlamamış hərbi sursat aşkarlanıb

Bölmə: Siyasət, GÜNDƏM
Tərtərdə partlamamış hərbi sursat aşkarlanıb
Tərtər şəhərində 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb.

Xalqİnfo.az bildirirki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, Tərtərdə qazıntı işləri aparılan küçədə bir təhlükəli əraziyə baxış keçirilib. Həmin ərazidən 1 ədəd partlamamış hərbi sursat (9M22U Qrad raketinin mühərrik hissəsi) aşkar edilərək götürülüb.

Ümumilikdə ANAMA aprelin 7-dən sentyabrın 19-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 480 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 41 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.


Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler