» » “Ermənistan nümayəndə heyəti Bakıdan İrəvana təxribatçı məlumatlar ötürür"

“Ermənistan nümayəndə heyəti Bakıdan İrəvana təxribatçı məlumatlar ötürür" Ziyafət Əsgərov

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Ermənistan nümayəndə heyəti Bakıdan İrəvana təxribatçı məlumatlar ötürür"
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini, ölkənin NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarında deyib. O, erməni deputatların bu məlumatı hansı yolla ötürdüklərinin məlum olduğunu söyləyib: “Amma siz seminar iştirakçıları nəyin şahidisiniz? Neçə gündür erməni deputatlar Bakıda özlərini elə sərbəst aparırlar ki, heç Ermənistanda belə sərbəst deyillər. İstədiklərini deyirlər, istədikləri vaxt hətta çıxışları kəsib öz sözlərini deyirlər, seminardan kənar sərbəst Bakının istədikləri yerində gəzə də bilirlər. Görünən odur ki, ermənilərin buradan ötürdükləri bu təxribatçı məlumatların məqsədi tamam başqa və iyrəncdir”.

Z. Əsgərov müqayisə üçün ötən il İrəvanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısında ermənilər tərəfdən Azərbaycan deputatlarına qarşı təzyiqi yada salıb: “O seminarda azərbaycanlı deputatlara ümumiyyətlə, çıxış imkanı verilməmişdi. Vəziyyət o yerə çatmışdı ki, bizim deputatlar Ermənistandan çağ çıxmaları üçün şükür edirdilər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler