» » “Tağı Əhmədovun oğlu maşınla adam vurub” - Vəkildən şok iddia

“Tağı Əhmədovun oğlu maşınla adam vurub” - Vəkildən şok iddia

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Tağı Əhmədovun oğlu maşınla adam vurub” - Vəkildən şok iddia

Xalqinfo.az bildirir ki Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Qafqazinfo”da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun "Bakı Metropoliteni" sabiq sədri Tağı Əhmədovdan 3 milyon manatı necə almasının detalları barədə yazı yayımlanmışdı.

Yazıda Tağı Əhmədov istintaqa verdiyi ifadəsində 3 milyon manatı Akif Çovdarova nə səbəbə verdiyini açıqlamışdı. Sözügedən yazı ilə bu linkdən tanış ola bilərsiniz.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov isə həmin ittihamlara cavab verib. Vəkil musavat. com saytına açıqlamasında müdafiə etdiyi tərəfin fikirlərini bəyan edib.

Onun sözlərinə görə, Akif Çovdarov istintaq dövründə Tağı Əhmədovla üzləşmək istəyib: “Lakin bizim vəsatətlərimiz təmin edilmədi. Tağı Əhmədovun balaca oğlu bu yaxınlarda aeroport yolunda dayanacaqda maşını ilə adam vurub. O biri oğlunun da barəsində rayon polis idarələrində cinayət materialları var. Hesab edirəm ki, bunları ört-basdır etmək üçün Tağı Əhmədovu mənə qarşı istifadə edirlər”.

Vəkil onu da əlavə edib ki, müvəkkili A.Çovdarova qarşı bir neçə ərizələrin sahibləri hazırda dələduzluq maddəsi ilə həbs olunmuş şəxslərdir vә onların әrizәlәrini dә ciddi qәbul etmәk olmaz.

Xalqinfo” xəbər verir ki, Tağı Əhmədovun iki oğlu var. Rauf Əhmədov Nizami rayon Məhkəməsində hakim, Ruslan Əhmədov isə Xarici İşlər Nazirliyində işləyir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler