» » Nazir daha bir rəisi işdən çıxardı - Yeniləndi

Nazir daha bir rəisi işdən çıxardı - Yeniləndi

Bölmə: Siyasət, MANŞET
Nazir daha bir rəisi işdən çıxardı - YeniləndiDaxili İşlər Nazirliyi tərəfindən Ağcabədi Rayon Polis Şöbəsində yoxlama aparılıb.

Xalqinfo.az Azvision.az-a istinadən bildirir ki, yoxlamalar nəticəsində Dövlət Yol Polisi Bölməsinin fəaliyyətində nöqsanlar aşkar edilib.

Nəticədə Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsin rəisi, polis mayoru Dadaş İbrahimov vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilib.

Ağcabədi Rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur.

D.İbrahimov bu vəzifəyə 2014-cü ildə təyin edilmişdi.

Qeyd edək ki, bundan öncə yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov da vəzifəsindən kənarlaşdırılıb. Z.Məmmədov Ağcabədi İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun qardaşıdır.

***

Bu günlərdə bir neçə rayonun yol polisi rəisi işdən çıxarılıb.

Lent.az-ın məlumatına görə, Tovuz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Misir Quliyev vəzifədən azad edilib.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler