» » Müdafiə naziri prezidenti saymadı –

Müdafiə naziri prezidenti saymadı – Gərginlik

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR
Müdafiə naziri prezidenti saymadı –Ötən gün Ermənistan Prezidenti Serj Sərkisyanın güc strukturlarının nümayəndələri ilə məhkəmə islahatları barədə keçirdiyi ikinci müşavirədə Müdafiə naziri Seyran Ohanyan iştirak etməyib.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, erməni mətbuatı Seyran Ohanyanın iclasa qatılmamasının səbəblərini açıqlamır.

Ancaq bir müddət öncə erməni KİV-lərində Ermənistan Silahlı Qüvvələrində yüksək vəzifəli şəxslərin işdən çıxarılması və korrupsiya faktları ilə bağlı Sərkisyanla Ohanyan arasında gərginliyin pik həddə çatdığı vurğulanıb.

Qeyd edək ki, Ermənistanda hökumət əleyhinə etirazlar yenidən baş qaldırıb. Serj Sərkisyan dünən keçirdiyi görüşdə İrəvanda polis binasını tutan şəxsləri silahı yerə qoymağa və təslim olmağa çağırıb.


Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler