» » Türkmənistan da Konstitusiyanı dəyişir -

Türkmənistan da Konstitusiyanı dəyişir - 2 il fərq

Bölmə: Siyasət, BLOK XƏBƏR
Türkmənistan Konstitusiyasına da dəyişikliklər ediləcək.

Türkmənistan da Konstitusiyanı dəyişir - Xalqinfo.az “Qafqazinfo”nun rus KİV-ə istinadən verdiyi məlumata əsasən xəbər verir ki, sentyabrın 14-də Aşqabadda Ağsaqqallar Şurasının iclası keçiriləcək və burada ölkənin yeni konstitusiyası qəbul olunacaq. Şuranın toplanması barədə fərmanı ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıb.

Bildirilir ki, toplantıda Türkmənistan Məclisinin üzvləri, o cümlədən, bütün idarəetmə orqanlarının nümayəndələri iştirak edəcək və yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı səsvermə keçiriləcək.

Hazırki konstitusiya ilə yeni layihə arasında əsas fərq prezidentlik müddətinin 5 ildən 7 ilədək uzadılmasıdır. Həmçinin prezidentlik üçün yaş senzinin götürülmasi də təklif olunur.




Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler