» » ABŞ-dan Türkiyənin iddiasına

ABŞ-dan Türkiyənin iddiasına cavab

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR
ABŞ-dan Türkiyənin iddiasına  ABŞ dövlət katibi Con Kerri Türkiyə hökumətinin ABŞ-a qarşı Fətullah Gülən iddiasına münasibət bildirib.

Xalqinfo.az “Qafqazinfo”nun Reuters-ə istinadən verdiyi məlumata 'sas'n bildirir ki, Kerri Lüksemburq səfəri zamanı bununla bağlı jurnalistlərin sualına cavab verib. O, Amerikanın Gülənin Türkiyəyə təhvil verilməsi üçün hər hansı rəsmi tələb almadığını qeyd edib:

“Türkiyə hökumətini həmişə olduğu kimi bu dəfə də bizə rəsmi sənədlər təqdim etməyə dəvət edirik”.

Bundan başqa, dövlət katibi baş verən çevriliş cəhdinin araşdırılması məsələsində Türkiyəyə dəstək təklif edib, bütün işlərdə yardım etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ-ı terrorçuluqda ittiham olunan Güləni gizlətməkdə ittiham etmişdi. O, Pensilvaniyada yaşayan Güləni Türkiyəyə qaytarmayan bir ölkənin onların dostu ola bilməyəcəyini bəyan etmişdi.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler