» » Rəşid Behbudovu Qorbaçov öldürtdü?

Rəşid Behbudovu Qorbaçov öldürtdü? (VİDEO)

Bölmə: Siyasət, Mədəniyyət
Rəşid Behbudovu Qorbaçov öldürtdü?
Azərbaycanın əfsanəvi vokalisti və ictimai xadimi Rəşid Behbudovun müəmmalı ölümündən bu gün 25 il ötür. Hamı Rəşid Behbudovun ölməzlik qazanan sənətkarlardan olduğunu düşünsə də, ailəsi başqa fikrdədir. Behbudovlar onun unudulmasından gileylənir.

ANS TV-nin məlumatın görə, əslində Rəşid Behbudov sağlığında qiymətini alan sənətkardır. Məncə bu fikrin nə təkzibə, nə müzakirəyə ehtiyacı var. O, dünyanı qarış-qarış gəzən bir-iki xoşbəxt müğənnilərimizdən idi. Hansı ki, onların xarici səfərləri sözün əsl mənasında sensasiyaya səbəb olurdu. Məsələn, danışırdılar ki, hətta Hindistanda Rəşid Behbudovu oxutdurmaq üçün camaat onun getdiyi qatarı saxlatdırmalı olub.

Xalq artisti Kamil Vəzirovun sözlərinə görə, Cəvahirlər Nehru tədbirlərin birində bəyan edir ki, Rəşid Behbudov azərbaycanlı deyil, o hindlidir: “Bu bəyanatdan dərhal sonta Rəşid Behbudov bildirir ki, yox mən azərbaycanlıyam. Bir daha Cəvahirlər Nehru üzünü Rəşid Behbudova tutub deyir, sən hind mahnılarını hindlidən yaxşı ifa edirsən”.

Elə 70 il adını sevə-sevə xatırladığımız Stepan Şaumyanın da Hindistanda qocalıb öldüyünü Rəşid Behbudov deyilənlərə görə, Hindistanda eşitmişdi.

Rəşid Behbudovun şagirdi Teymur Əmrah isə qeyd edir ki, eşidiyimizə görə Rəşid Behbudovu aparırlar bir qəbristanlığa: “Rəşid Behbudov orada çəkiliş aparır və onu Mərkəzi Komitəyə təqdim edir”.

Maraqlıdır ki, Rəşid Behbudovun ölümü də 1989-cu il Qarabağ münaqişəsinin təzəcə qızışdığı vaxtlara təsadüf edir və onun hansısa kasetin badına getdiyi haqqında söz-söhbətlər dolaşır. Üstəgəl o, Mixail Qorbaçovla da baş-başa gəlmişdi. Bunu Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım belə xatırlayır.

Ceyran Behbudovanın sözlərinə görə, Rəşid Behbudov Mixail Qorbaçova deyib ki, bu, sizin tanklardır: “Niyə sülh şəraitini təbliğ edən teatrın qarşısında tanklar durub. Belə olmaz. Rəşid Behbudov mənə dedi ki, düz 3 dəfə Mixail Qorbaçova səsləndim ki, bunu həll etmək lazımdır, yoxsa qan tökülə bilər. Mixail Qorbaçovun bu sözdən xoşu gəlmədi. Deyəsən, məni aradan götürəcəklər”.

Onu doğurdan da aradan götürdülər, yoxsa xəstəlikdən dünyasını dəyişdi, bunu bu gün deyə bilməyəcəyik. Çünki, həmin günlərdə Rəşid Behbudovun böyrəklərində problem ciddiləşmişdi və xalq artistinin yaşı da təbii ki, öz sözünü deyirdi. Amma sağlığında dünyaca məşhur olan bu adam ölümü ilə sanki unuduldu. Onun qəbrüstü abidəsi isə düz 9 il sonra hazırlandı. Ailəsi isə Rəşid Behbudova biganə münasibətin bu gün də davam etdiyi qənaətindədir.

Rəşid Behbudovun qızı Rəşidə Behbudova deyir ki, bir neçə il əvvəl, Rəşid Behbudovun 95 illiyini də heç kim anmadı: “Bilirsiz, mən o vaxt təmkinlə susdum. Acığımdan susdum və gözlədim, gözlədim ki, bu dəqiqə kimsə zəng edəcək, kimsə deyəcək ki, gözəl bir konsert keçirəcəyik, Rəşid Behbudovun xatirəsini hansısa bir tədbirlə anacağıq”.

Mədəniyyət və Turizm Nazirliyndə isə əksini düşünürlər. Deyirlər ki, gələn il Rəşid Behbudovn 100 yaşı Azərbaycanda geniş qeyd olunacaq.

Rəşid Behbudov SSRİ kimi nəhəng bir imperiyanın təkcə xalq artisti deyildi, həm də SSRİ Ali Sovetinin deputatı idi. Yəni, bu dövlətin siyasi həyatına da nüfuz edirdi. Amma istənilən halda onun fəaliyyəti Azərbaycanın nüfuzunun yüksəlməsinə hesablanmışdı. O, balaca boyu ilə çox böyük işlər gördü. Bizim görməli olduğumuz iş isə onun adını və xatirəsini həmişə uca tutmaq, o biri düynada da onu tək qoymamaqdır.

Rəşid Behbudovun məzarını ailəsindən başqa ziyarət edənlərin olmaması hardasa, bu dahi müğənninin unudulmasını təsdiqləyir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler