» » ATƏT-də vitse-prezidenti - Azay Quliyev

ATƏT-də vitse-prezidenti - Azay Quliyev

Bölmə: Siyasət, MANŞET
ATƏT-də vitse-prezidenti - Azay Quliyev
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assembleyasının vitse-prezidenti seçilib.

Xalqinfo.az AzVision.az-a istinadən xəbər verir ki, Azay Quliyev 119 səslə bu vəzifəyə seçilib.

Bundan başqa Tbilisidə keçirilən ATƏT PA-nın 25-ci sessiyasında qurumun prezidenti vəzifəsinə seçki keçirilib. 54 ölkədən 700 nümayəndənin iştirak etdiyi sessiyasında avstriyalı deputat Kristin Muttonen (Christine Muttonen) 86 səslə ATƏT PA-nın prezidenti seçilib.

Qeyd edək ki, Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeganə beynəlxalq mandata sahib olan ATƏT-də bu vəzifəyə seçilən ilk azərbaycanlıdır.







Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler