» » Dövlət Gömrük Komitəsinin sədri BMT-nin rezident nümayəndəsi ilə görüşdü - FOTO

Dövlət Gömrük Komitəsinin sədri BMT-nin rezident nümayəndəsi ilə görüşdü - FOTO

Bölmə: Siyasət, MANŞET
Dövlət Gömrük Komitəsinin sədri BMT-nin rezident nümayəndəsi ilə görüşdü - FOTOİyunun 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Xalqinfo.az Publika.az-a istinadən bildirir ki,qonaqları səmimiyyətlə salamlayan DGK sədri Aydın Əliyev BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan, əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

Komitə sədri 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin uğurla davam etdiyini məmnunluqla xatırladıb, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.

Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A.Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib, eləcə də son dövrlər gömrük sistemində aparılan islahatlar barəsində qonaqlara ətraflı məlumat verib.

Xoş sözlərə və səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkürünü bildirən Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai rəhbərlik etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib.

Görüşdə, kadr potensialının gücləndirilməsi istiqamətində BMT İnkişaf Proqramı ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin gələcək perspektivlərindən bəhs edilmiş, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Sonra qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçirmişlər.
Dövlət Gömrük Komitəsinin sədri BMT-nin rezident nümayəndəsi ilə görüşdü - FOTO
Dövlət Gömrük Komitəsinin sədri BMT-nin rezident nümayəndəsi ilə görüşdü - FOTO











































Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler