» » Növbəti görüş planlaşdırılır

Növbəti görüş planlaşdırılır

Bölmə: Siyasət, MANŞET
Növbəti görüş planlaşdırılırATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə növbəti görüşünü təşkil etməyi planlaşdırır.

Xalqinfo.az Publika.az-ın Report-a istinadən verdiyi məlumata əsasən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan KİV-inə müsahibəsində bildirib.

"Növbəti görüşün keçirilməsinin vaxtı təsdiqlənməsə də, ABŞ, Fransa və Rusiya həmsədr ölkə olaraq prezidentlərin yeni görüşünü mümkün qədər tez təşkil etməyə cəhd edir", - deyə C.Uorlik vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olub. Bundan əvvəl mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin ikitərəfli görüşü keçirilib.







Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler