» » Azərbaycan-Rusiya biznes-forumu

Azərbaycan-Rusiya biznes-forumu keçirilir

Bölmə: Siyasət, BLOK XƏBƏR
Azərbaycan-Rusiya biznes-forumu  Azərbaycanda Rusiya kapitalına əsaslanan 600-ə yaxın müəssisə qeydiyyata alınıb. Rusiya Azərbaycan iqtisadiyyatına təxminən 3 milyard dollar həcmində sərmayə yatırıb. Rusiya iqtisadiyyatında Azərbaycan investisiyalarının payı isə 1 milyard dollar təşkil edir.

Xalqinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu sözləri Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda söyləyib.

Nazir müavini onu da bildirib ki, 2015-ci ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 1,9 milyard dollar, cari ilin dörd ayı ərzində isə müvafiq göstərici 470 milyon dollar olub.

Azərbaycanda mövcud olan biznes şəraiti barədə məlumat verən Niyazi Səfərov ölkədə yaradılan sənaye parkları və texnoloji parklar haqqında söhbət açıb, rusiyalı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Biznes-forumun yekunlarına əsasən, əczaçılıq sahəsində əməkdaşlıq, investisiya layihələrinin təşviq edilməsi və birgə istehsal yaradılması haqqında 4 memorandum imzalanması nəzərdə tutulur.
Azərbaycan-Rusiya biznes-forumu
Azərbaycan-Rusiya biznes-forumu






































Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler