» » XİN Bako Saakyanın Brüssel səfərinə

XİN Bako Saakyanın Brüssel səfərinə münasibt bildirirb

Bölmə: Siyasət, BLOK XƏBƏR
XİN Bako Saakyanın Brüssel səfərinə  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bako Saakyanın Brüsselə səfəri zamanı özünü qondarma rejimin təmsilçisi kimi təqdim etməsinə münasibət bildirib:

Xalqinfo.az-ın məlumatına görə,H.Hacıyev Publika.az-a deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə getməsi mahiyyət etibarilə turist səfərindən başqa bir şey deyildir:

“Brüsseldə olduğu dövrdə Bako Saakyan adlı şəxs Belçika Parlamentinin Ermənistan üzrə dostluq qrupunun rəhbəri El van Hoof, yerli Flamand qanunverici orqanının üzvü və köhnə dostu Karl Vanlouve ilə fərdi əsasda görüşüb. Radikal təfriqəçi və İslamafob baxışlara malik olan Karl Vanlouve dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və buna görə də arzuolunmaz şəxslər siyahısına daxil edilib. Azərbaycanın Belçika Krallığında səfirliyinin etirazına cavab olaraq, Belçika Parlamenti və Flamand qanunverici orqanından bu görüşlərin heç bir halda rəsmi xarakter daşımadığı və yalnız şəxsi əsasda baş tutduğu bildirilib”.

H.Hacıyev bildirib ki, Ermənistanın diplomatik pasportu ilə hərəkət edən Bako Saakyan adlı şəxs Şenqen vizasının alınması prosesində öz şəxsiyyəti və daimi yaşayış ünvanı haqqında yanlış məlumat verir:

“Narazılıq doğuran hal odur ki, Şərq Tərəfdaşlığı proqramında iştirak edən digər ölkələrin halında Şenqen vizasının alınması prosesində bu kimi fərdlərə qarşı səfər sanksiyası tətbiq edildiyi halda, saxta sənədlər təqdim etməsinə və yanlış məlumat verməsinə baxmayaraq, Bako Saakyana Şenqen vizası rəsmiləşdirilir. Bu bir daha onu sübut edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra münaqişənin həlli üzrə substantiv danışıqlara başlamaq və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi üçün addımlar atmaq əvəzinə Ermənistan tərəfi bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə yenə də xələl gətirməyə çalışır”





Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler