» » ''ABŞ-ın indiki liderləri Putinin əlinə su tökməyə dəyməz''-

''ABŞ-ın indiki liderləri Putinin əlinə su tökməyə dəyməz''- Ramiz Mehdiyevin misalı

Bölmə: Siyasət, BLOK XƏBƏR
''ABŞ-ın indiki liderləri Putinin əlinə su tökməyə dəyməz''-

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qərbin ünvanına kəskin tənqid və ittihamlarla dolu növbəti məqalə dərc etdirib.

Xalqinfo.az bildirir ki 1news.az saytında dərc edilən “Qloballaşma şəraitində güclü Azərbaycan dövləti milli ideyanın təsviri kimi” adlı məqalə R. Mehdiyevin gələcək kitabının başlığıdır.

R.Mehdiyevə görə, Azərbaycan güclü dövlət formalaşdırmaqla öz suverenliyini Qərbin mənfi təsirindən qoruya bilər. Yalnız bu yolla Qərbin “dünya hökmranlığı yaratmaq” cəhdlərinin qarşısını almaq olar.

Onun fikrincə, dünyada iki konseptual ideya arasında qarşıdurma var: bir tərəfdən bunlar qloballaşma (neoliberalistlər) tərəfdarlarıdır ki, milli sərhədlərin sililməsi və dövlət müstəqilliyinin pozulması üzrə işlər aparırlar; digər tərəfdən isə bunlar suveren dövlətlərin onların öz ərazi bütövlüyü çərçivəsində mövcudluğuna obyektiv qanunauyğunluq kimi baxırlar.

R.Mehdiyev üstünlüyü ikinci mövqeyə verdiyini gizlətmir.

Onun fikrincə, “dövlətlərin suverenliyinin pozulmasında” Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq maliyyə institutları rol oynayır ki, onlar başqa ölkələrin iqtisadiyyatları üzərində öz nəzarətlərini hər vəchlə möhkəmləndirməyə çalışırlar.

Müasir qlobal proseslərdə siyasi birliklər və vətəndaş qurumları da dağıdıcı rol oynaya bilər. Çox zaman sonuncuların siyasəti xarici qüvvələr tərəfindən dəstəklənmiş olur, R.Mehdiyev gileylənir .

Qərb dövlətlərinin siyasi sistemlərini tənqid edən R.Mehdiyev “milli liderlərin” olmamasını onların başlıca nöqsanı kimi görür.

“Bir çox Qərb ölkələrində vəziyyət göstərir ki, bu ölkələrdə rəhbərliyə ümumilikdə millətin yox, korporativ qrupların maraqlarını ifadə edənlər gəliblər.

R.Mehdiyev ABŞ köşə yazarı Paul Kreyqdən sitat gətirib. Belə ki, o yazır ki, “Amerikanın indiki liderləri Vladimir Putinin və ya Çin, Boliviya, Venesuela, Argentina, Braziliya və ya Hindistan liderlərinin “əlinə su tökməyə dəyməz”.

Mehdiyev hesab edir ki, güclü dövlət yalnız prezident idarəçiliyi sistemində mümkündür. Hətta dünyada qloballaşma proseslərinin gücləndiyi şəraitdə belə güclü dövlət quruculuğu XXI əsrin ən effektiv modelidir, o vurğulayıb (Meydan TV).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler