“DQR”-in sabiq “müdafiə naziri":Azərbaycan bizim mövqeləri bir saata tutdu[/b] [b] Xalqinfo.az[/b] Oxu.Az-ın Virtualaz.org-a istinadən verdiyi məlumata əsasən bildirir ki, belə bir bəyanatla CivilNet-ə verdiyi müsahibədə “DQR”-in sabiq “müdafiə naziri”, "Samo" ləqəbli Samvel Babayan çıxış edib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin iki ehtiyat korpusu erməni mövqelərini tutub və ermənilər bundan sonra əks-hücuma keçiblər. Lakin onların cəhdi uğursuz olub. “Səbəb bizim laqeydliyimiz oldu və mövqelərimiz zəiflədi. Müdafiə Nazirliyi təhqiqat aparmalı və başa düşməlidir ki, əslində nə baş verib. Fakt odur ki, həmin mövqelər bir saat ərzində itirilib”, - deyə Babayan vurğulayıb. Onun sözlərinə görə, aydındır ki, Azərbaycan 2014-cü ildən daim uzunmüddətli müharibəyə hazırlaşır, o, ermənilərin işğalçı ordusunu uzaqdan neytrallaşdırmağa cəhd edəcək və Azərbaycanın silahla bağlı problemi olmayacaq, çünki artıq o özü mərmi istehsalına başlayır. “Bizim piyada qüvvələrimiz düşməni minimum 300-500 metr məsafədə saxlamalıdır. Əgər biz bunu edə bilməsək, düşmənə arxamıza keçməsinə imkan yaratmış olacağıq və mən bunu düzgün hesab etmirəm. Azərbaycan müasir silahlar alır, onun məqsədi ön cəbhəni torpaqla bir etməkdir-bu aydındır. Biz Azərbaycanın ehtiyatları ilə rəqabət aparmaq iqtidarında deyilik. Ona görə də nəsə həll yolu tapılmalıdır”, - deyə sabiq "müdafiə naziri” bildirib. [b]Kainat Şirin[/b] [b] Xalqinfo.az[/b] |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|