» » Azərbaycan prezidenti iki həmkarını təbrik edib

Azərbaycan prezidenti iki həmkarını təbrik edib

Bölmə: Siyasət, MANŞET
Azərbaycan prezidenti iki həmkarını təbrik edibAzərbaycan prezidenti İlham Əliyev efiopiyalı həmkarı Mulatu Teşomeni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Xalqinfo.az Oxu.Az-a istinadən bildirir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Dövlət başçısı həmçinin Nepal Federativ Demokratik Respublikasının prezidenti xanım Bidhya Devi Bhandarini təbrik edib:

“Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Nepal xalqına sülh və tərəqqi diləyirəm”.




Jalə Hüseynova



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler