» » "Ermənistan elə davranır ki,məcbursan ağası ilə danışasan" -Fəzail İbrahimli

"Ermənistan elə davranır ki,məcbursan ağası ilə danışasan" -Fəzail İbrahimli

Bölmə: Siyasət, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
"Ermənistan elə davranır ki,məcbursan ağası ilə danışasan" -Fəzail İbrahimliAzərbaycanın görkəmli ziyalılarından olan, tarix üzrə elmlər doktoru, professor,millət vəkili Fəzail İbrahimli Xalqinfo.az İnformasiya Agentliyinə müsahibə verib:



-Fəzail müəllim salam.Aprel hadisləri ilə bağlı mətbuatda müxtəlif fikrlər səsləndirildi.Aprel döyüşləri xalqımıza nə verdi?

-Salam.Kifayət qədər çox vacib və günümüzün düşündürücü sualladındandı.2016-ci il aprel ayının ilk günlərinə qədər - cəbhədə baş verən hadisələrə qədər - Azərbaycanın uğuruna qədər Dağıq Qarabağ məsələsi ilə bağlı düşüncələrədə müxtəlif istqamətlər mövcüd idi.
Birinci,Qarabağ problemini törədən və onun arxasında duran qüvvələr çox arxayınidi ki,bu problemin açarı əlimdədir.İstədiyim vaxtı bu qapını açıb,bağlaya bilərəm.Yaxud dünya dövlətləri bunun donmuş münaqişələr siyahısına salmışdılar.Azərbaycan xalqının içərisində də tərəddüd edənlər varidi.Qaçqın kimi analarının qucağında gələnlər və yaxud bu ailələrdə doğulan bəzi gənc yaşlıların da ümidləri sanki boşluğa dirənmişdir.Yani,deyə bilərik ki Qarabağ probleminin həllinə ümid cox az idi.Ancaq Aprel hadislərində Azərbaycan ordusunun qələbəsi bu fikirləri alt-üst etdi.Beynəlxalq aləm anladı ki,bunu donmuş münaqişə adlandırmaq olmaz.
İkincisi,ümidini üzənlər,tərəddüd içində qalanlar inandı ki, Dağlıq Qarabağ problemini biz gec-tez həll etməliyik və buna qadirik.Dövlət başçısının həmişə bəyan etdiyi D.Qarabağ məsələsi əgər beynəlxalq hüquq normasında həll olunmasa,biz öz gücümüzlə həll edəcəyik.İndiyə kimi dünya dövlətləri,Azərbaycanın içərisində olan qüvvələr və ya xalqın özü bir ideoloji gediş kimi qəbul edirdisə,artıq bu düşüncə dəyişdi.Məlum oldu ki,bu fikrin arxasında real güc,qüvvə və qətiyyətli əzim durur.Azərbaycan dövləti bunu bacarar və dövlət başçısında bu qətiyyət var.
Digər tərəf-Ermənistan tərəfi D. Qarabağ kartı üzərində hakimiyyətə gələn və 25 ildən artıq öz hakimiyyətlərini quranların taxt-tacını silkələndi.Ermənistan rəhbərliyi həmişə "biz qalib gəlmişik ,qalibik.Qali tərəf ittiham olunmur.Bütün məsələri biz dikdə edəcəyik" kimi təbliğatlar aparırdı.Bunun tamami ilə yanlış olduğu məlum oldu.Orada yaşayan,D.Qarabağa köcən və idarəçilik edənlərin şüurundakı bu sindron qırıldı.Aydın oldu ki,bunlar burada əbədi məskunlaşmaq istəsələr də mümkün deyil.Azərbaycan xalqı gec-tez bu problemin həllinə nail olacaq.
Ermənistanda dövlər başçısına inam qırıldı,Qarabağdan gedən ermənilərin Ermənistanı öz ağuşuna alıb yalan miflər üzərində yaşatmağı boşa çıxdı.Onsuzda kifayət qədər maddi sıxıntıda boğulan, bütün beynəlxalq boru kəmər və projelərdən kənarda qalan,xaricdən gələn vəsait hesabına dolanan Ermənistanda yaşayan,az məvacib alan və fürsət düşən kimi Ermənistandan qaçan insanların qaçmaq istəyini sürətləndirdi.Son informasiyalar göstərir ki,D.Qarabağda insanlar kütləvi şəkildə köçməyə başlayıb.Çunki onların inamı qırıldı.Siz fikir verin,bu hadisələrin nə demək olduğuna.
Bir məsələni də qeyd edim ki,1988-ci ildə Topxanada ağacların kəsilməsinə qarşı Azərbaycan xalqının izdihamı,birliyi və vahidliyi bu hadisələrdə bir daha təkrar olundu.Aydınlaşdı ki, D.Qarabağ məsələsində kütləvi səfərbəyliyə ehtiyac yoxdur.Sadəcə müharibə başlanandan sonra hərbi formada çağrış yox,insanlar kütləvi sürətdə axın ilə ön cəbhəyə yollanacaq.Azərbaycanda hakimiyyətlə xalq arasındakı bu məsələdə birlik,bəlkə də,son 25 ildə olmamışdır.Ordumuzdakı müasir silahlarla bərabər məsələnin mənəvi müasir birliyi də vəhtət təşkil etdi.
Baş verən hadisələrdə daha çox diqqət çəkən məsələlərdən biri də Azərbaycanın haqq səsinə səs vərilməsi oldu.Türkiyə,Pakistan,Qazağıstan və s dövlətləri kifayət qədər haqq səsinə cavab verdilər.




-Qarabağ məsələsində böyük dövlətlər necə hərəkət etdi və Azərbaycan onlara nəyi sübut etdi?


Əvvəla, bu məsələlərdə Rusiya çox çətin duruma düşdü.Rusiya güman etmirdi ki,Azərbaycan bu cür qüdrətə malikdir və bu cür cəsarət sahibi olduunu güman etmirdi.Çünki açarın əlində olduğunu güman edirdi.Məlum oldu ki, o qapını zor yolu ilə də açmaq mümkündü.
İkinci də,anladılar ki, bu məsələ tək iki dövlər arasında gedən münaqişə deyil.Bu səhnə tamami ilə başqadı.Bu səhnə dünyanı özüna götürə bilən bir hadisə idi.Türkiyə artıq müharibəyə hazır idi,Pakistan cəbhədə vuruşmağa təkliflərini etdi , Rusiya ilə kifayət qədər iqtİsadi-siyasi cəhətdən yaxın olan Qazağıstan mövqeyini ortaya qoydu.Tükr dünyası sanki ayağa qalxdı.
Rusiya həmişə Ermənistana qarşı ikili mövqe tutub.Bir tərərfdən Amerika lobbiləri,bir tərəfdən də Rusiya.Burada məsələ Ermənistan üçün də çətinləşib.Amerika lobbiləri müstəqil Ermənistan istəyir.Bu günki Ermənistansa Rusiyanın ağuşundadı.Buna görə də, Ermənistan hakimiyyəti ilə lobbilər arasındakı münasibətin özündə də çat var.Bu da Ermənistanı çətin duruma salır.Ermənistan hər şeyin özəlləşmiş,öz ixtiyarında olmayan dövlətdir.Qafqazdakı mövqeyini möhkəmləndirmək üçün dövlətlərin daimi marağı olub.Birincı və ikinci dünya müharibəsi dövründə də və indi də.
Qafqaz regionunda Amerikanın öz marağı var.İkinci dünya müharibəsindən sonra Amerikanın strateji kursunda Balkanlar ,Yaxın Şərq ,Orta Asiya,Qafqaz var idi.Bunların müəyyən hissələrinə nail oldu.Ancaq bunlar sonda uğursuzluqla bitdi.Çünki hələ kifayət qədər Qafqaza marağı olan digər dövlətin müqaviməti var.Digər diqqət çəkən məqam ondan ibarətdir ki,Azərbaycan müstəqil dövlətdir,müstəqil dəsti xətti var.Müstəqil sözünü deyə bilir.



-Bu gün dünya demokratiya və ədalətdən danışır.Amma Azərbaycanın haqq səsinə cavab vermir,BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsi hələ də icra edilmir. Siyasi prosesləri izləyən tarixçi kimi bu barədə necə düşünürsüz?


BMT-nin 4 qətnaməsi var və yerinə yetirilməyir.Bu 4 qətnamənin icra olunmamasının səbəbini tarixi bir faktla müqayisə etmək istəyirəm:
Cümhiriyyət suqutunun səbəbləri ilə.Niyə icra edilmir səbəbi,niyə sübut edilmir səbəbi elə bunun icra olunmamağına gətirib çıxarır.Çox vaxtı ölkədə hökumət dəyişikliyi səbəblərədən biri kimi göstrilirsə,Səbəb elə o vaxtı dünya dövlətlərinin Azərbaycanın mütəqilliyinə münasibət nə idisə bu gün də D.Qarabağa münasibəti elədi.Həmin münasibəti bəsləyən dövlətlərin rəhbərlərinin varisləridi hakimiyyətdə.Məsələn,götürək Amerikanı. Prezident Vudro Vilson dünyanın sükanı arasında oturmuşdu.Dünyanın yeni mənzərəsini yaratmaq üçün 14 maddəli prinsip irəli sürmüşdü. 1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyyətini qəbul etdi(Paris Sülh Konfransı).Azərbaycan nümayəndə heyətini dinləyəndən sonra "Siz elə bilirsiz Paris Sülh Konfransı ona görə çağırılıb ki,dünyanı kiçik dövlətlərə bölünsün?" demişdir. Ə.M.Topçubaşov "sizin fikiriniz nədir ?",- deyə sorucanda Vilson "konfrans hansı qərarı qəbul etsə, Millətlər Cəmiyyəti xətti ilə siz də ona tabe olacaqsız",- deyə cavab vermişdir.Hansı qərarı qəbul etsə yaxşıdır? - Üçlər İttifaqından ayrılıb müharibənin (Birinci dünya müharibəsi) gedişində Antantaya qoşulan İtaliyanın mandatına verildi Azərbaycan.V.Vilson Azərbaycan nümayəndə heyyətini niyə cox soyuq qarşıladı?. Tək Azərbaycanı yox,üç respublikanın hamısını rusa güdaza verdilər.Səbəb o idi ki,Vilsonun 14 maddəli sülh prinsipinə Qafqaz respublikaları düməmişdir.Bunu qeyri-qanuni respublika kimi tanıdı.Hanı ədalət?!.Bu Amerikanın mövqeyi idi.
İngiltərədə Lod Corcov çıxışılarında bu respublikalara dəstək lazımdı olduğunu desə də Anton Denikin dəstəkləyirdi.Denikin bölünməz və vahid Rusiyanın idarəçiliyini həyata keçirirdi.Amerika tərəfi də Kolçakı geyindirib-kecindirib oturtmuşdu Omskidə.Gələcək Rusiyanın hakimi kimi.İngiltərə Denikini dəstəkləyirdi.O generalları dəstəkləyirdilər ki ,onlar bölünməz və vahid Rusiya ideası ilə çıxış edirdilər.Bu necə ola bilərdi ki, bölünməz və vahid Rusiyanı dəstəkləyən qüvvələri istəyirsən,bu biri tərəfdən də burya demokratiya və azadlıqlardan danışırsan?!-İkili yanaşma.
Fransanın mövqeyinə gəldikdə qeyd etmək lazımdı ki,Fransa sələmçiliklə məşqul idi.Rusiya Fransadan o qədər borc almışdı ki, hətta Rusiyanın parçalanması Fransada hər bir ailənin mənafeyinə toxunurdu.Ona görə də Fransa borcunu çıxarmaq üçün Rusiyanın bütöv qalmasını istəyirdi.Bax bu da Avropa dövlətləri... Bunların demokratiya düşüncələrinə hələ yüz il əvvəl Əhməd bəy Ağayev "Balkan vəhşiliyi və Rus mətbuatı" adlı yazısında cavab verib.Balkan müharibəsindən sonra Balkanlara türkləri qırdılar.Rus mətbuatı yaydı ki,xristianları qırdılar. Ə.Ağayev yazırdı ki,hamımızın qiptə etdiyimiz,istədiyimiz və düşündüyümüz Avropa demokratiyasının rəngi bizim nəzərimizdə dəyişdi.Balkan hadisələrindən sonra aydınlaşdı ki , Avropa demokratiyası Arvopa fabriklərinin İran bazarını dolduran üzü bəzək,içi çürük şeylərindən başqa bir şey deyildi.Bü gün də Azərbaycan tərəfinin münasibəti Ə.Ağayevin Avropa demokratiyasına olan münasibətidir.
Bu necə olur ki, dünyanın aparıcı birliklərində və dünya ictimaiyyətinin gözü qarşısında işğalçı Ermənistana göz yumulur.
Bir var ki hansısa tarixi hadisəni yozmaq uçun bir sümük tapıb üzərində arxeoloji düşüncələrlə müəyyənləşdirəsən,bir də var sizin səfrliklərinizin gözünün qarşısında Xocalı hadisəsini törədiblər,bu torpaqlar işğal olunub.O səfirlər buraya kabab yeməyə gəlmirlər.Onlar Azərbaycanda baş verən ictimai-siyası prosesləri bizim qədər bilir və ölkələrinə ötürürlər.Guya onlar bilmir ki kim işğalçıdı,kim deyil.Ona görə də bu ikili standart necə ki cümhuriyyətin dövründə varidi,indi də elədi.



-ATƏT-in Minsk Qrupunun fəaliyyətini necə dəyərləndirirsiz ?


ATƏT-ın Minsk Qrupu.Bizi veriblər üç dövlətin - Amerika,Fransa və Rusiyanın ümidinə.Elə dünyanı qarışdıran Amerikan ilə Rusiyanın münasibətləri deyil mi?. Dünyanı nəyin ki,siyası,hərbi cəhətdən,hətta iqtisadi böhran gətirib cıxaran Bunların münasibətləridir.Öz problemlərini həll edə bilməyən dövlətlər Qarabağ problemini necə həll edə bilərlər.
Bunlar D.Qarabağ məsələsindən istifadə edərək nüfüzlarını regionda möhkəmləndirmək istəyirlər.Nə yaxşı ki ,Azərbaycan aldanmır,müstəqil dəsti-xətt yeridir,heç birindən asılı deyil və qeyd edim ki keçmiş SSRİ məkanında ,sosialimiz dünyasında ən müstəqil ölkə elə Azərbaycanın özüdür.Sərhədlərin özü qoruyur,burada hansısa ölkəyə məxusu hərbi baza yoxdu və s.Bu gün Yaponiyada Amerikanın hərbi bazası var.Azərbaycansada isə heç bir xarici hərbi baza yoxdu.Bu da Azərbaycanı sıxışdıran,münasibəti aqressiv edən amillərdən biridi.Amma şükür ki, Azərbaycan özü özünü qoruya bilir,qüdrətlidir.Sona hadisələr dünyaya bir daha göstərdi ki ,Azərbaycan özü özünü qorumaq iqtidarındadır.



-Fəzail müəllim,Vayada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. 7 rayonun qaytarılması gündəmə gəldi.Bu nə dərəcədə həqiqətə uyğundu


Əvvəla,qeyd edim ki, biz əgər Aprel ayına kimi "gec-tez öz torpaqlarımıza sahib olacayıq fikirini deyən də hardasa bir az təsəlli kimi görünürdü.Məlum oldu ki.çox qısa müddətdə bu həyata keçiriləsi əməliyyatdır.Amma biz dünyanı üz-üzə qoya bilmərik.Ermənistan tərəfi heç bir məsələdə axıra kimi düzgün oyun oynamır.Tutaq ki,Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə Azərbaycan çox böyük güzəştə (hansı ki,Ermənistan bunu yuxuda görməz) gedir.Ermənistanbir necə gündən sonra mütləq bir bəhanə tapıb öz xeyirnə olan bu razılıqdan imtina edəcək.Ona görə ki,öz istiyarında deyil.Öz ixtiyarında olmayan dövlət heç bir danışıq apara bilməz.Ermənistan sifarişlə hərəkət edir.Orada hakimiyyətə sifarişlə gəlirlər və sifarişlə işləyirlər.Bu baxımdan da nə qədər ki bu məsələlər yerində deyil,ağası ilə danişmaq lazımdı.



-Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün - Respublika Günü gəlir.Tarixçi kimi AXC ilə bağlı nə deyə bilərsiz?

Azərbaycan qarşı kifayət qədər ideoloji təbliğatlar var.Bu da ancaq köklənir erməni düşüncəsi müstəvisinə və erməniləri müdafiə edən qüvvələrə.Azərbaycan xalqını məğlub etmək olmaz.Çünki bir xalq ki bildi,gördü,hiss etdi,hansı amal uğrunda vuruşduğunu dərk etdi, o xalq məğlub olmaz. Bizim xalq da məğlub olmaz.Torpağ,vətən,dil məsələlərində Azərbaycan da kifayət qədər birlik var.Bu birlik bizi saxlayacaq.Xalqımızın müdrik rəhbəri var.Kifayət qədər beynəlxalq münasibətlər sistemində söz deyə bilir.Avropa dövlətlərini öz dilində rahat başa sala bilir.1918-ci ildə çar Rusyası devrildi, yerinə müvəqqəti hökumət gəldi və ilk cəhdi Qafqazı əldə saxlamaq oldu.Qafqaz Komitəsi yaratdı,sonra seym yaradıldı.Hadisələrin gedişi göstərir ki , bunların hamısı Rusiyadakı vətəndaş müharibəsi müstəvisində hamısı müvəqqətidi və nəhayət Zaqafqaziya seymi dağılan zaman məsələni çox çətin qoydu:
Ya ayağa qalx,siyasi münbit şəraitdən istifadə edib öz dövlət müstəqilliyini elan et,itrilmiş tarixi torpaqlarına sahib ol,"mən varam,mən millətəm,mənim tarixim var,mənim qürurum var"- de və dünya millətləri içərisində boy sırasında dayan,dünyaya varlığını elan et, ya da sus,mayeyə dön və istənilən dövlətin əyri qabının tutumunu al.Bu baxımdan zaman məsələni çox sərt qoymuşdu.Bu reallığı dərk edən,Arvopanın demokratik düşüncələrinə yəyələnən və adları böyük hərflərlə yazılan bir qrup kişilər - Demokratik Cümhuriyyətin liderləri bu həqiqəti dərk etdi.Özlərini millətin yolunda fəda etməl lazımdırsa,fəda etdilər və ayağa durub Azərbaycan Cümhuriyyətini elan etdilər.Qərib bir yerdə - Tiflisdə.Bu elanla bütün dünyaya Azərbaycan dövlətçiliyi elan edildi.İlk dəfə olaraq Azərbaycan Yaxın Şərqdə Türk-müsəlman dünyasında ilk demokratik cumhuriyyəti seçdi. 18 gündən sonra paytaxt Gəncəyə köçürüldü.Təbii ki,bu çox böyük çətinliklərlə başa gəldi.Azərbaycanın bir qütbündə--,yəni Bakıda Rusiyanın tabeliyində olan Stepan Şaumyan,bir qütbündə Mart soyqırımından göz yaşlırı qurumamız Azərbaycan xalqı,bir qütbündə də Azərbaycan xalqını qurtarmaq istəyən liderlər. Müsəlman Milli Şurası qüvvələrindən başqa Ordusu,silahı yox.Bu zaman Tanrı Nuru Paşanın rəhbərliyi ilə türk ordusunu köməyə yetirdi.Nuru Paşa ilə Əli ağa Şıxlinsk birlikdə Qafqaz İslam Ordusun köməyi ilə Bakını azad etdilər.Azərbaycanın varlığı,şərəf və ləyatəqi,namus-qeyrəti xilas olundu.
Cümhuriyyət 23 ay yaşadı və bu müddətdə görüləsi bütün mümkün işləri gördülər.Bu gün Avropa demokratiyadan danışır.Amma Avropa demokratiyasından əvvəl Azərbaycan bu demokratik düşüncələrin sahibi olub.Qadınlara azadlıq verib,azlıqda qalan millətlərə azadlıq verib,seçki hüququ verib və s .Bütün bunlar göstərir ki,demokratik cümhuriyyət bizim şərəf və ləyaqətimizi qorudu.
Azərbaycan Rus işğalında , 70 il komminst rejimində yaşamasına baxmayaraq,işqalçı çar Rusiyasının məcazi mənada deyək ki,mədəsində ərimədi.Bütöv qaldı. Komminst dövründə bir az da təkminləşdi,ziyalıları artdı,azadlıq ruhunu qoruyub saxladı.
Münbit şərait yaranan kimi azad oldu.Dünyaya nümunəvi dövlət qurdu.Bir neçə günün içində,birdən-birə belə olmadı. Birinci Avrpa və rusiyanın qabaqçıl düşüncələrinin sahibləri ,ikinci isə milli ruhu özündə daşıyan qüvvələr Azərbaycanda dövlət müstəqilliyini elan etilər.Ancaq zaman əsrin əvvəlindəki sınağı əsrin sonunda da bizə çəkdirdi.Azərbaycan bölünür,parçalanırdı.Bu zaman ümummilli lider Heydər Əliyev xalqın və demokratiq qüvvələrin tələbi, xahişi ilə hakimiyyətə gəldi və Azərbaycan bu bəlalardan xilas oldu ,qısa müddətdə siyasi sabitlik əldə etdi.Bü gün müstəqil Azərbaycan dünyanın boy sırasında duran dövlətlərdən biridir.Avropa Şurasının qarşısında üzv dövlətlərin bayraqarı dalğalanır və mən Avropa şurasının üzvü kimi həmişə orada olanda yadıma Məhəmməd Hadinin bu misraları düşürdü:

“Yoxdur millətimin imzası bu imzalar içində”.

Mən o bayrağın timsalında imzalar içində imaznı görürdüm.Bu gün hər bir Azərbaycan vətəndaşı gur səslə deyə bilər ki:
"Ruhun şad olsun, Məhəmməd Hadi, var millətimin bayrağı bayraqlar içində!".

"Ermənistan elə davranır ki,məcbursan ağası ilə danışasan" -Fəzail İbrahimli














Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler